24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

"Xəzər Lənkəran"la finalda qarşılaşa bilərik” (Müsahibə)

“Rəvan"ın baş məşqçisi Güvənc Kurtar "Eurosport.com.tr" saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Orada sizə qarşı münasibət necədir?

- Biz Azərbaycan xalqını necə seviriksə, onlar da bizi elə sevirlər. Bunu o ölkənin hər yerində görmək olar. Orada uğurlar əldə etmək istəyirəm. Azərbaycan futboluna kömək olmaq niyyətindəyəm. Burada çalışmaq sistemimiz necədirsə, baş məşqçilik etdiyim yerdə də elə olacaq.

- Azərbaycanda olmaq çətin deyil? Ora uyğunlaşa bilmisinizmi?

- Türkiyə ilə Azərbaycan demək olar ki, eynidir. Dilimiz və dinimizdə bir fərq yoxdur. Hətta yeməklərimiz də bənzəyir. Buna görə heç bir problemim yoxdur. Məqsədim Türkiyəni burada yaxşı formada təmsil etməkdir.

- Türkiyədə uzun müddət komanda çalışdırmadınız. Təklif isə Azərbaycandan gəldi. Türk futboluna qarşı bir inciklik var mı?

- Xeyr. Heç kəsdən inciməmişəm.

- "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli ilə görüşmüsünüzmü?

- Təəssüf ki, bu, hələ mümkün olmayıb. Mən Azərbaycana getdiyim zaman o, Türkiyəyə dönmüşdü. Hazırda isə çox ciddi şəkildə hazırlıqlara davam edirik. Ona görə görüşməyə vaxt yoxdur.

- Mustafa Dənizli ilə ölkə kubokunda mübarizə aparırsınız. Bir final gözlənilirmi?

- Ölkə kubokunda mübarizəni davam etdiririk. Azərbaycan kubokunu qazanmaq istəyirik. Mustafa Dənizlini çalışdırdığı "Xəzər Lənkəran"la finalda qarşılaşa bilərik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30