25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Danimarka millisinin keçmiş üzvü “Qəbələ”də

“Qəbələ” Futbol Akademiyasına yeni fizioterapevt təyin olunub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, hollandiyalı mütəxəssis Henk Şolinqdir. 1964-cü il martın 5-də Hollandiyanın kiçik Anloo qəsəbəsində anadan olan 49 yaşlı mütəxəssis zəngin iş təcrübəsinə malikdir.

Henk əmək fəaliyyətinə 1984-cü ildə Herenven şəhərinə təmsil edən və ölkənin birinci divizionunda mübarizə aparan “PEC-Zvolle” komandasında başlayıb. Gənc mütəxəssis klubun əsas və gənclərdən ibarət komandasında məşqçi kimi çalışmaqla futbol sahəsində ilk addımlarını atıb. Dörd il “PEC-Zvolle”də çalışan Henk Şolinq 1990-2000-ci illərdə Danimarka Premyer Lıqasında çıxış edən “Vitess” (Arnhem) klubunda fizioterapevt kimi çalışıb. Maraqlıdır, mütəxəssis 1993-cü ildə Danimarka Volleybol Federasiyasından təyinat alıb və ölkəsinin kişilərdən ibarət əsas komandasında da fizioterapevt kimi fəaliyyət göstərib. 2001-2003-cü illərdə mütəxəssis Arnhem şəhərində yerləşən Papendal Milli Tibbi İdman Mərkəzində (National Sports Medical Center Papendal) fizioterapevt kimi çalışıb. O, 2003-cü ildə Danimarka Premyer Liqasında çıxış edən “Utrext” klubunun əsas komandasının fizioterapevti təyin edilib və bir il bu vəzifədə çalışıb. O, 2004-cü ildən bu günlərədək zədələrlə bağlı futbolun təhlili, zədələrin baş verməsi səbəbləri və onların profilaktikası, eləcə də fizioterapiya sahəsində təlimat və vəsaitlərin hazırlanması ilə də məşğul olub. Ümumilikdə, idmana və aktiv həyat tərzinə üstünlük verən Henk Şolinq qaçış, xizəkdə sürüşmə və başqa idman növlərinə maraq göstərir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30