19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"İmarət"dən sərt bəyanat

 

"Qarabağ"ın "İmarət" fan-klubu Premyer Liqanın son turu çərçivəsində "Neftçi"yə qarşı keçirilən oyundan sonra baş verən olaylarla bağlı bəyanat yayıb. Futbolxeber.az-ın məlumatına görə, bəyanatda deyilir:  

“Son günlər “İmarət” fanklubunun “Neftçi - “Qarabağ” matçında səsləndirdiyi şüarlara irad bildirinlər meydana çıxıb. Hər birimizə məlumdur ki, həmin insanlar “Neftçi”nin tərəfdarlarıdı. Nədənsə onlar hələ də məğlubiyyəti həzm edə bilmir. Hakimin “Neftçi”yə “yardım etməməsindən” şikayətlənən insanlar, sən demə eyni zamanda “Qarabağ” azarkeşlərinin də, “Neftçi”nin də dəstəklənməsini istəyirmiş. Fan-klubumuzun əsasən “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevə qarşı ünvanlanan şüarları qarşı cəbhə tərəfindən bəyənilməyib. Günah özlərindədi. Onlar gərək Böyükağa “Neftçi”nin rəqibi, yalnız “Neftçi”di deyəndə onu xəbərdar edərdi. PFL-in rəhbər şəxsi belə klubun baş məşqçisinə “zamıkaniye verib” deyirsə, oturub bir az düşünməyə cəhd etməlidirlər. Bir də ki, “Qarabağ adına hörmət edirik” şüarını əldə bayraq edənlər var. Hörmət etmək boynumuzun borcudu, bəylər! Qarabağ adına hörmət etməyənlər özlərinə hörmət etmir!! Baxın bizim baş məəşqçiyə. Oyundan sonra “biz ölkənin ən güclüsünü məğlub etdik” deyir. Bu insana rəqib azarkeş başqa şüar səsləndirə bilərmi? Yeri gəlmişkən Böyükağa da “Qarabağ”a təbrik düşmür” deyib. Növbəti oyunda görüşərik, “balaca”.

Bizim “Neftçi” azarkeşləriylə yox, “Neftçi” rəhbərliyi ilə problemimiz var. Nə vaxta kimi onlar “Qarabağ”a haqsızlıq etməyə çalışacaqlar, həmişə tərəfimizdən etirazla qarşılanacaqlar. Hazırda da mətbuatda davam edən açıqlamalar səbrimiz tükədir. Hadisələr belə davam etsə, növbəti oyunlarda daha konkret şüarlar səsləndirəcəyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30