24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Həyatımın 21-ci ili yeniliklərlə, maraqlı hadisələrlə zəngin oldu"

"Arxada qoyduğumuz il mənim üçün həyatımın ən uğurlu ili oldu. Əsas komandada debüt etdim, bir çox vacib oyunlarda meydançada yer aldım. Necə deyərlər, həyatımın 21-ci ili yeniliklərlə, maraqlı hadisələrlə zəngin oldu". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri yanvarın 15-də "Qəbələ"nin Antalya düşərgəsində ad gününü - 21 yaşını qeyd edən Müşfiq Teymurov deyib. "Qırmızı-qaralar"ın bugünkü səhər məşqində baş məşqçi Yuri Syomin və komanda yoldaşlarının təbriklərini qəbul edən gənc müdafiəçi gabalafc.az-a açıqlamasında futbolla bağlı arzularından və hədəflərindən danışıb. O, başlıca məqsədinin milli komandanın heyətində yer almaq olduğunu söyləyib: “Gəncəm, deyərdim ki, peşəkar futbol həyatımda hər şey yeni başlayır. Arzularım çoxdur. Ən əsası yaxşı və stabil oyun göstərib komandamın heyətində möhkəmlənməliyəm. Artıq illərdir ki, "Qəbələ"dəyəm. Bütün futbol həyatım "Qəbələ" ilə bağlıdır. Bu komanda mənə çox doğmadır. İstərdim ki, karyeramı da "Qəbələ"də bitirim. Əsas hədəfim milli komandanın heyətinə cəlb olunmaqdır. Amma bunun üçün çox çalışmalıyam, özümü sübut etməliyəm. İnanıram ki, bu missiyanın öhdəsindən gələcəyəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30