20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

İntizam Komitəsinin 2014-cü ildə ilk iclası keçirildi

Bu gün AFFA İntizam Komitəsinin 2014-cü ildə ilk iclası keçirilib. Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

8 yanvar 2014-cü il Həvəskarlar arasında “Adıgün” - “Cağırğan” matçının 90-cı dəqiqəsində “Adıgün” klubunun 10 №-li futbolçusu Xəlil Arifov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

29 dekabr 2013-ci il Həvəskarlar arasında İOEUGİM - “Səhliyalı” matçının 61-ci dəqiqəsində İOEUGİM klubunun 10 №-li futbolçusu Tural Salmanzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

Oyunun 70-ci dəqiqəsində “Səhliyalı” klubunun 4 №-li futbolçusu Elşən Qasımov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

Oyunun 70-ci dəqiqəsində İOEUGİM klubunun 3 №-li futbolçusu Elmir Şiriyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

Matçın 90+3-cü dəqiqəsində “Səhliyalı” klubunun 44 №-li futbolçusu Ramin Babayev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

5 yanvar 2014-cü il Həvəskarlar arasında “Şəfəq” – “Gənclərbirliyi-2” matçının 19-cu dəqiqəsində “Gənclərbirliyi-2” klubunun 4 №-li futbolçusu Kamran İsgəndərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

 Oyunun 44-cü dəqiqəsində “Şəfəq” klubunun 5 №-li futbolçusu Pərviz Nəzərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

5 yanvar 2014-cü il Həvəskarlar arasında “Ağcəbədi” - “Qəbələ-2” matçının 89-cu dəqiqəsində “Ağcəbədi” klubunun 6 №-li futbolçusu Şahin Rüstəmov aqressiv oyuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

4 yanvar 2014-cü il Həvəskarlar arasında “Çağırğan” - “Boradigah” matçında “Boradigah” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

4 yanvar 2014-cü il Həvəskarlar arasında “Səhliyalı” - “Sabir” matçında “Sabir” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

5 yanvar 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Xəzər İslands” - “Baku Flames -2” matçında “Xəzər İslands” klubunun 10 №-li futbolçusu Elvin Qəhrəmanlı rəqibini təhqir etdiyinə görə 3 oyunluq cəzalanır (maddə 42.1).

“Baku Flames -2” klubunun 12 №-li futbolçusu Kamran Hacıyev rəqibə zərbə endirdiyinə görə 5 oyunluq cəzalanır (maddə 39.1).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30