20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ” günü tək məşqlə başa vurdu

“Qarabağ” Antalyada təlim məşq-toplanışını davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlığın cari günündə tək çalışma vardı. “Qarabağ” ənənəvi olaraq səhər məşqinə yerli vaxtla 11:00-da yollanıb. Məşq 1 saat 40 dəqiqə davam edib. Öncə yüngül qaçışın ardında komanda 3-lü qrupda “kvadrat” oynayıb. Ardınca isə fiziki hazırlıq üzərində qurulmuş təmrinlər yerinə yetirilib. Məşqinin sonuncu bölümündə isə toplu çalışmalar baş tutub. Dar ərazidə futbol oynanıldıqdan sonra 10 dəqiqəlik qaçışla məşq başa çatın.

Qeyd edək ki, məşqdə Rəşad Sadıqov və Jumbinyo fizioterapevt nəzarətində çalışıb . Digər braziliyalı Reynaldo da komandadan ayrı məşq edib. Amma Reynaldonun zədəylə bağlı problemi yoxdu. Baş məşqçi Qurban Qurbanovun icazəsiylə ölkəsindən 2 gün gec dönən forvard sabahdan kollektiv çalışmalarda iştirak edəcək. Sabaha “Qarabağ”ın 2 məşqi nəzərdə tutulub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30