28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ruslan Abışov: “Böyükağa Hacıyevin açıqlamasını yumorla qarşıladım”

Yığma komandamızın və “Rubin”in üzvü Ruslan Abışov Kazan klubunun rəsmi saytına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, müsahibəsində Abışov yeni baş məşqçisi və dünən keçirilən keçirilən "Qızıl top" mükafatının təqdimedilmə mərasimi barədə fikirlərini bildirib.

- Təlim məşq zamanı Kurban Berdıyevlə yeni baş məşqçin Rinat Bilyaletdinov arasında hansı fərqi hiss etdin?

- Bir məşqçi üçün bütün futbolçularla bərabər səviyyədə əlaqə qurması çox vacibdir. Yəni, futbolçunun adına və vətəndaşlığına önəm verməməlidir. Kim hazırdısa, o da oynamalıdır. Məncə, yeni baş məşqçimizdə bu xüsusiyyət var. Düşünürəm ki, o hər kəsə şans verəcək. Təbii ki, bütün futbolçular kimi mən də əsas heyətdə oynamaq istəyirəm. Bunu Kurban Berdıyevin vaxtında da demişəm: Əgər baş məşqçi şans verirsə, bundan maksimum yararlanmaq lazımdır.

- Məşqçilər koprusundan kimisə tanıyırdın?

- Vladimir Maminovun adı mənə tanışdır. Baxmayaraq ki, o zamalar Rusiya futbolunu yaxından izləmirdim. Yeni məşqçilər korpusuna demək istəyirəm ki, hazırda bütün komanda üçün vacib dövrdür. Biz Rusiya Premyer Liqasında turnir cədvəlində irəliləməliyik. Bunun üçün də çox çalışmalıyıq. Azarkeşlərimiz bizdən nəticə tələb edir və mən inanıram ki, onları razı sala biləcəyik. Yeni baş məşqçimiz komandanı Premyer Liqada yüksək pillələrə qaldıracaq.

- İlk olaraq Avroliqada "Betis"lə qarşılaşacaqsınız. Rəqib haqda nə deyərdin və mərhələ keçmək şanslarınızı necə dəyərləndirirsən?

- Əlbəttə, "Betis" güclü rəqibdir. Baxmayaraq ki, onlar hazırda La Liqada aşağı pillələrdə qərarlaşıblar. Bununla belə, "Betis" ispan komandasıdır və onları qiymətləndirməmək olmaz.

- Bir ay vaxt sizin üçün kifayət edəcəkmi?

- Bəli. Düşünürəm ki, qarşıdakı oyunlara yaxşı hazırlaşmaq üçün vaxt kifayət edəcək. Yoldaşlıq görüşləri və məşqlər də bizə kömək olacaq.

- "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin "azərbaycanlı futbolçu erməni məşqçinin çalışdırdığı komandada olmamalıdır" fikirlərinə münasibətin necədir? Onu da qeyd edək ki, həmin vaxt "Rubin" baş məşqçi vəzifəsinə Vardan Minasyanın namizəd olduğu yazılırdı...

- Bunu yumorla qarşıladım. Futbolun siyasətə qarışmasını sevmirəm. Mən peşəkar futbolçuyam və komanda yoldaşlarım kimi baş məşqçinin də milliyəti mənim üçün maraqlı deyil.

- "Qızıl top" mükafatı barədə soruşmasaq olmaz. Dünən kimə azarkeşlik edirdin?

- Təbii ki, Kriştiano Ronaldoya. Mən "Barselona"nın yox, "Real"ın fanatıyam. Ronaldo çoxdan bu mükafatı haqq edirdi. İkinci namizədim Riberi idi. Ancaq Messini yalnız üçüncü yerdə görürdüm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31