24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Qəbələ” “Tobol”u məğlub etdi

Hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ" toplanış çərçivəsində ikinci sınaq oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, "qırmızı-qaralar" Qazaxıstan təmsilçisi "Tobol"la münasibətlərinə aydınlıq gətirib. "Qəbələ" matça bu heyətlə başlayıb: David Petrkeviç, Ruslan Tağızadə, Elnur Allahverdiyev, İbrahima Niasse, Nizami Hacıyev,  Rafael Santos, Luis Hilario Dodo, Daniel Subotiç, Nuran Qurbanov, Yannik Kamanan, Viktor Mendi.

İkinci hissə: Anar Nəzirov, Nikola Valentiç, Murad Musayev, Davron Erqaşov, Volodimir Levin, Ürfan Abbasov, Deyan Kelhar, Şirməhəmməd Məmmədov, Lorival Assis, Müşfiq Teymurov, Elvin Camalov.

Matç ilk hissəsi "Qəbələ"nin açıq üstünlüyü şəraitində keçib. Bunun məntiqi nəticəsi kimi "qırmızı-qaralar" fasiləyə 2:0 hesablı üstünlüklə yollanıblar. 18 dəqiqədə Daniel Subotiçin, 23-cü dəqiqədə isə Viktor Mendi rəqibi məyus edib.

İkinci hissəyə fəqrli heyətlə çıxan "Qəbələ" yenə topa nəzarət edən tərəf olsa da, fərqlənməyi bacarmayıb. Əvəzində Qazaxıstan təmsilçisi 90-cı dəqiqədə penalti zərbəsindən hesab arasında fərqi azaldıb - 2:1. Bu matçda vurulan son qol olub və "Qəbələ" ikinci sınaq oyunundan qələbə ilə ayrılıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30