19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Mustafa Dənizli: “Mütləq yeni transferlər etmək məcburiyyətindəyik”

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "TRT Spor"a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Qış fasiləsində təlim-məşq toplanışı üçün Antalyanı seçdiniz. Hazırlıq müddəti digərlərinə nisbətən daha uzun çəkəcək. Çalışmalarınız necə gedir?

- Normal proqram çərçivəsində hazırlıqlarımızı davam etdiririk. Ölkə çempionatında oyunlar bir qədər gec başlayacaq. Buna görə də vaxtımız daha çoxdu.

-Transfer etməyi düşündüyünüz futbolçularmı varmı?

 - Var. Komandaya mütləq yeni transferlər etmək məcburiyyətindəyik. Alacağımız futbolçuların bəzilərini müəyyənləşdirmişik. Amma transfer sadəcə mənim göstərişimlə ola bilməz. Klubu maddi durumuna uyğun olaraq hərəkət etməliyik. Maksimum 3, minumum isə 2 transfer etməyi düşünürük. Çox güman ki, bu həftə ərzində iki yeni transferi açıqlayacağıq.

- Güvenc Kurtar da Azərbaycanda işləyəcək. O, sizə rəqib olacağını söyləyib.

- Təbii ki, liqada mübarizə aparan komandalar bir-birinə rəqibdirlər. Biz də onlara rəqib olacağıq.

- Siz milli komandada bir çox uğur əldə etmiş baş məşqçisiniz. O cümlədən Türkiyənin üç ən böyük klubunda işləmisiniz. İndi də Azərbaycanda çalışırsınız. Mustafa Dənizli mükəmməl karyeraya sahibdir. Qorxmursuz ki, "Xəzər Lənkəran"da uğur əldə edə bilməyəsiniz?

- Burada eyni uğurlar qazanmağa çalışacam. “Xəzər Lənkəran”a gəlməkdə məqsədim bu kluba əldə etmədiyi nailiyyətləri qazandırmaqdır. Əgər Avropa Liqasında yaxşı çıxış etsək, bu, ölkənin də uğuru olacaq. Avropada əldə etdiyim uğurları "Xəzər Lənkəran"la da qazanmaq istəyirəm. Bunun bacarsam, məqsədimə nail olacam. Bir Azərbaycan komandasının qruplara qalması, orada uğurlar əldə etməsi ölkəyə yeni bir futbol həyəcanı gətirəcək.  Yəni mənim buradakı mütləq çempion olmağım çox önəmli deyil. Amma Avropa liqasına vəsiqə qazanaraq orada yaxşı çıxışım vacibdir.

- Siz Azərbaycandasınız, amma türk futbolunu yəqin ki, izləyirsiniz. Türkiyə superliqasında ilk dövrəni necə qiymətləndirirsiniz? Sizə görə çempionluq üçün ən real namizəd hansı klubdur?

- Ölkəmdəki matçları izləyirəm. Hazırda çempionluğa əsas namizəd "Fənərbaxça"dır. Ancaq komandanın liderliyini sona qədər davam etdirib-etdirməyəcəyini bilmirəm.

- Biz sizin üçün çox darıxmışıq. "Xəzər Lənkəran"da məqsədlərinizə çatdıqdan sonra təkrar Türkiyəyə dönəcəksinizmi?

- Təbii ki, görəcəksiniz. Türkiyədə çempion olmadan baş məşqçi karyeramı başa vurmayacam.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30