24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qara Qarayev: “Qışa lider kimi yollanmağımız bizə xüsusi heç nə vermir”

“Qarabağ”ın Antalyada təlim-məşq toplanışı davam edir. Futbolxeber.az-ın məlumatına görə, artıq hazırlığın 5 gününü geridə buraxan komandadan Qara Qarayev klubun rəsmi saytına hazırlığı dəyərləndirib: “Təlim-məşq toplanışımızn gözlədiyimiz ruhda davam edir. Bütün komanda məşqlərdə var-gücüylə çalışır. Sevindirici haldır ki, zədəlimiz yoxdu. Sadəcə Rəşaddır ki, kapitan da artıq fərdi də olsa məşqlərə başlayıb. Bilirik ki, bizi çətin 2-ci yarı gözləyir. Qışa lider kimi yollanmağımız bizə xüsusi heç nə vermir. Düzdü, hələ ki hər kəsdən çox xal toplamağımız yaxşıdı. Amma, bu da var ki, qışdan sonra daha çətin olacaq. Xususilə, ilk yarıda iddialılarla oyunlarda daha yaxşı oyun sərgiləsək də, digər rəqiblərə qarşı oyunlarda gözlənilməz xal itkiləriylə qarşılaşdıq. İndi rəqiblər bizə qarşı daha yaxşı hazırlaşacaqlar. Ona görə də başa düşürük ki, indiki məqamda çempionata yaxşı hazırlaşmağımız necə vacibdir. Hər kəsin bunu yaxşı anlayır. Hər kəs öz işini görür. Hələ 2 həftə burdayıq. Təlim-məşq toplanışından maksimum yararlanmaq istəyirik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30