19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Antalya toplanışı futbolçularımız üçün böyük təcrübə oldu"

"Çox yararlı toplanış keçirdik. Həm məşqçi heyəti, həm də futbolçular səylə çalışdılar, təcrübələrinə təcrübə qatdılar. Oyunlarda yaxşı mübarizə aparsaq da, nəticələr qənaətbəxş olmadı. Öncədən də dediyimiz kimi belə oyunlarda nəticələrə önəm vermirik. Əsas futbolçularımızın oyun sistemimizə uyğun olaraq mübarizə aparmaları, tapşırıqları yerinə yetirmələri, çalışmalarıdır. İki Şotlandiya təmsilçisi ilə qarşılaşdıq. Bildiyiniz kimi bu ölkə futbolçuları fiziki cəhətdən çox güclü olurlar. Məğlubiyyətlərimizin səbəbləri də rəqiblərimizin həm yaşca böyük olması, həm də fiziki cəhətdən futbolçularımızı üstələmələri ilə bağlı oldu. Amma taktiki və texniki cəhətdən şotlandlardan geri qalmadıq". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri  "Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı Türkiyənin Antalya şəhərində 5-12 yanvar tarixlərində təlim-məşq toplanışı keçirən U-16 komandasıyla bağlı fikirlərini açıqlayarkən söyləyib.

Klubun rəsmi saytına danışan Fıçıcı belə toplanışların gənc futbolçuların futbol baxışlarının inkişafında əvəzsiz rol oynadığını bildirib: “Toplanış futbolçularımız üçün böyük təcrübə oldu. İlk dəfə Şotlandiya təmsilçiləri - "Hibernian" və "Seltik"lə qarşılaşdıq. Ümumiyyətlə belə toplanışlar futbolçularımızın futbol baxışlarının və dünya görüşlərinin inkişafında əvəzsiz rol oynayır. Biz Qəbələdə məşqlər zamanı belə fiziki cəhətdən güclü rəqiblər haqda söhbətlər aparırıq, onlara qarşı mübarizə üsüllarını futbolçularımıza aşılayırıq. Amma komandalarımızın meydançada belə rəqiblərlə üzləşməsi, mübarizə aparması onlara daha çox şey qazandırır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30