16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Sumqayıt" 4 yoxlama oyunu keçirəcək

"Sumqayıt" Futbol Klubunun əvəzedici komandası da hazırlıqlara start verib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda hələlik gündə bir dəfə olmaqla məşqlərini davam etdirir. Hazırlıq planı ilə əlaqədar baş məşqçi Vaqif Paşayev klubun rəsmi saytına açıqlama verib: "Yanvarın 6-da komanda üzvləri və məşqçi heyəti arasında görüş keçirildi. Yanvarın 7-dən etibarən isə məşqlərə start verdik. Gündə bir dəfə olmaqla məşqlərimizi davam etdiririk. Bu toplanış daha çox seleksiya xarakteri daşıyır. Heyəti gücləndirmək üçün 10-a yaxın futbolçunu sınaqdan keçiririk. Bu proses çempionatın startına qədər davam edəcək. Qeyd edim ki, 5 futbolçu artıq sıralarımızı tərk edib. Çempionatın 3-cü dövrəsi başlayana qədər 4 yoxlama oyunu keçirməyi planlaşdırırıq. İlk olaraq yanvarın 14-də "Şəfa" stadionunda "İnter"in əvəzediciləri ilə görüşəcəyik. Ayın 18-də isə AZAL-ın əvəzediciləri ilə üz-üzə gələcəyik. Növbəti 2 oyunun tarixi isə hələki məlum deyil".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30