19 Oktyabr 2025, Bazar günü
"Qəbələ" qələbəni əldən verdi
"Kəpəz" və "Qarabağ" qalib gəldi
Azər Bağırovdan qələbə şərhi
Millimiz FİFA reytinqində irəliləyib

Ölkə futbolu

“Bakı”nın 4 futbolçusu “Lans”a yollandı

Bir müddət öncə “Bakı” Futbol Akademiyasının 5 yetirməsi 3 illik təlim-tədris üçün klubun əməkdaşlıq etdiyi Madrid “Atletiko”sunun Uşaq Futbol Akademiyasına oxumağa göndərilib. Futbolxeber.az-ın məlumatına görə, “Bakı”nın prezidenti Hafiz Məmmədovun şəxsi təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə ölkə başçısı İlham Əliyevin “Azərbaycanda futbolun inkişafına dair 2005-2015-ci illəri əhatə edən dövlət proqramı”na dəstək xarakteri daşıyır. Eyni zamanda planlı şəkildə görülən bu işlər Azərbaycan futbolunun gələcəyinə hesablanıb. Belə ki, İspaniya klubunun akademiyasına yollanan 2000-2001-ci il doğumlu bu futbolçular 2016-cı ildə ölkəmizdə təşkil olunacaq 16 yaşadək futbolçular arasında Avropa çempionatında millimizin əsas heyətini təşkil edəcək.

Getdikcə bu siyasət geniş vüsət almaqdadı. Təqdirəlayiq işlərin davamı olaraq bu gün “Bakı” Futbol Akademiyasının daha dörd yetirməsi - Valeh Seyidov, Mahir Mədətov, Ülvi Süleymanov və Nicat Əsgərov uzunmüddətli təlim-tədris üçün daha bir tərəfdaş klub “Lans”ın düşərgəsinə yollanıb. Gənc futbolçular qarşıdakı həftələrdə “Lans”ın əsas komandası ilə birgə məşqlərə qatılacaq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31