28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Həmyerlimiz Rusiya millisinin heyətində dubl etdi

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirin qrup mərhələsində Rusiya millisi üçüncü oyununu da qələbə ilə başa vurub. Futbolxeber.az-ın məlumatına görə, Rusiya millisi qrupdakı son oyununda Sloveniyanı 6:0 hesabı ilə darmadağın edib. Rusiya U-19-unun şərəfini qoruyan həmyerlimiz Ramil Şeydayev turnirdəki üçüncü oyununda da meydanı qolsuz tərk etməyib. 56 dəqiqə meydanda olan Şeydayev 18 və 37-ci dəqiqələrdə fərqlənib. Bununla da o, turnirdə vurduğu qolların sayını 4-ə çatdırıb.

İlk turda Moldova ilə oyunda ikinci hissədə meydana daxil olan Şeydayev 74-cü dəqiqədə fərqlənmişdi. İkinci turda Estoniya ilə matçda isə 62-ci dəqiqədə meydana daxil olan həmyerlimiz 87-ci dəqiqədə rəqib qapısına yol tapmışdı. Beləliklə, qrup mərhələsində 129 dəqiqə meydanda olan Şeydayev 4 dəfə (orta hesabla hər 32 dəqiqədən bir) fərqlənib.

Rusiya U-19-unun şərəfini qoruyan digər həmyerlimiz - komandanın kapitan sarığısını daşıyan Ayaz Quliyev isə qrup mərhələsində 2 oyunda forma geyib və 1 qol vurub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31