24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Əsas məqsəd “Neftçi”nin əsas heyətində möhkəmlənməkdir”

“Neftçi” PFK-nın gənc futbolçuları Elşən Abdullayev, İlham Allahverdiyev və Mirabdulla Abbasov klubun rəsmi rəsmi saytına açıqlama veriblər.

Elşən Abdullayev: “İcarə əsasında “Sumqayıt” klubunda çıxış etməklə oyun təcrübəmi daha da artırdım. Bir çox oyunda start heyətində meydana çıxmağım mənim üçün faydalı oldu. Amma əsas məqsəd bu təcrübədən yararlanaraq “Neftçi”nin əsas heyətində möhkəmlənməkdir. Artıq doğma komandamın düşərgəsindəyəm. Məşqlərimizi davam etdiririk. Bizdən öncə də Araz Abdullayev,  Cavid İmamverdiyev, Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Tərlan Quliyev və Emin Mehtiyev kimi gənc futbolçular əsas komandaya cəlb olunmuşdu. İndi isə növbə bizimdir”.

İlham Allahverdiyev: “Yenidən doğma komandamın heyətinə qayıtdığım üçün çox şadam. “Qaradağ Lökbatan” klubunda keçirdiyim bir ildə bacardığım qədər özümü inkişaf elətdirdim. “Neftçi”də isə tam fərqli bir rəqabət var. Çempionluğa oynayan komandanın əsas heyətinə düşmək çətin olsa da, yaxın gələcəkdə bunu bacaracaq gücdə olduğumu düşünürəm. Vacib olan odur ki, klub rəhbərliyi və məşqçilər heyəti bizə güvənir və etimad göstərir. Bizə isə yalnız bu etimadı doğrultmaq qalır”.

Mirabdulla Abbasov: “Neftçi”də gənc futbolçulara hər zaman şans verilib. Bu səbəbdən də əsas komandaya çağırılacağıma inanırdım. Hətta çalışırdım ki, buna mümkün qədər tez nail olum. Fikrimcə, bu hələ ilk addımdı. Əgər məşqçilərin diqqətini cəlb edə bilsək, bizim əsas komandada qalmaq şansımız var. Elə əvvəlki illərdə də əvəzedici heyətdən bir neçə futbolçu əsas komandaya cəlb olunub orada möhkəmlənmişdi. İnanıram ki, biz də bunu bacaracağıq. İstəyirəm ki, mən də onlar kimi “Neftçi”nin heyətində Azərbaycan çempionu və avrokubokların qrup mərhələsində çıxış edim”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30