20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Elxan Məmmədov: “Bütün hallarda idman direktorunun məvacibi AFFA tərəfindən ödəniləcək”

Məlum olduğu kimi AFFA-nın İcraiyyə Komitəsinin ötən ilin dekabrın 18-də keçirilən iclasında qəbul olunan qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması idi. Futbolxeber.az-ın məlumatına görə, artıq baş katiblik tərəfindən bu qərarın icrasına başlanılıb. Baş katib Elxan Məmmədov bu barədə görülən işlərlə bağlı affa.az saytına fikirlərini bildirib: "Qərarın icrası ilə əlaqədar  Premyer Liqada çıxış edən klubların rəsmiləri və idman direktorları ilə müvafiq görüşlər keçiriləcək və bu istiqamətdə  geniş fikir mübadiləsi aparılacaq. AFFA tərəfindən klublara təyin olunacaq idman direktorları barədə onlara ətraflı məlumat veriləcək. Onu da qeyd edək ki, bu vəzifəyə hazırda fəaliyyət göstərən bəzi idman direktorlarının  da təyin olunması istisna edilmir. Amma bütün hallarda idman direktorunun məvacibi AFFA tərəfindən ödəniləcək və görülən işlərin nəticəsinə uyğun olaraq klublara assosiasiya tərəfindən vəsait ayrılacaq".

Qeyd edək ki,  AFFA-nın İcraiyyə Komitəsinin qərarında bu və digər məsələlər konkret olaraq göstərilib: Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30