21 Oktyabr 2025, Çərşənbə axşamı
“Qarabağ” İspaniyaya yollandı
"Qəbələ"dən hakimlərə etiraz
"Sumqayıt"dan əlamətdar qələbə
Vensan Abubakar Bakıya gəldi

Ölkə futbolu

Nikolas Kanales yeni komandada

"Neftçi” klubunun sabiq futbolçusu Nikolas Kanales yenidən klubunu dəyişib. Lent.az-ın məlumatına görə, 29 yaşlı hücumçu Çilinin “Kolo-Kolo” komandasından “Santyaqo Vanderers”ə icarəyə verilib.
 
Təqdimat mərasimində çilili forvard bildirib ki, yeni klubu kiçik şəhəri təmsil etsə də, böyük azarkeş kütləsinə malikdir. O, oynadığı bütün komandalarda çoxlu qol vurmağa çalışdığını açıqlayıb. Kanales yarım ilədək çıxış etdiyi “Kolo-Kolo”da son ayyarımda zədə üzündən oynamadığını söyləyib.
 
Qeyd edək ki, Nikolas Kanales 2012-2013-cü il mövsümündə “Neftçi”də çıxış edib. O, Azərbaycan Premyer Liqasında 31 oyuna 26 qolla bombardir olub. Avropa Liqasında isə Kanales İtaliya “İnter”ini həm ev, həm də səfər matçlarında məyus edərək, 2 qolla komandasının ən məhsuldar oyunçusu sayılıb.
Yazar







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31