20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Rəvan”: yeni ilə köhnə qayda ilə...(YAZI)

...VƏ YA GÜVƏNÇ KURTAR, GƏL, BİZİ QURTAR!

Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparır ki, hər birinin də öz məqsədi var. Ümumi götürdükdə, “Neftçi”, “Bakı”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Qəbələ” və “İnter”in məqsədi eynidir: çempion olmaq, ən pis halda ilk “üçlük”də yer almaq. “Simurq” və AZAL-ın çempion olması qəliz məsələdir. Odur ki, bu komandalar avrokuboklara vəsiqə qazanmağa çalışırlar. Qaldı “Rəvan” və “Sumqayıt”.

“Sumqayıt”ın vəzifə və məqsədlərini saymaqla bitməz. Bu komandanın sayəsində ilk növbədə AFFA-da bəzi şəxslər pul kisələrini qalınlaşdırırlar. Bu komanda bəzi gənclərə şans verib, sonra onları baha qiymətə kiməsə “soxuşdurmağ”a, ya da “otxod” oyunçuları yığıb, onları keçmiş günlərinə qaytarmaq istəyir.

Qaldı “Rəvan”. Bax, bura artıq kələfin ucunun itdiyi yerdi. Bu komanda niyə mövcuddur, hansı məqsədlər uğrunda yarışır, hələ də bəlli deyil. Əvvəl komandanın adı “Muğan” olanda deyirdin, Salyanda futbolu inkişaf etdirirlər. Bəs indi? Uzun götür-qoydan sonra belə qənaətə gəldik ki, “Rəvan”ın yalnız bir məqsədi var - məşqçi istefaya göndərmək üzrə dünya rekordu vurmaq, vəssəllam.

Şahin Diniyev “Rəvan”a baş məşqçi təyin olunanda hamı düşündü ki, artıq komanda haqq yoluna gəlib və bundan sonra ağ günə çıxacaqlar. Amma çempionatda komandanın işləri yolunda getmədi və Diniyev “Rəvan”la birgə çempionatda 2013-cü ili qələbəsiz başa vurdu. Əslində burda təcrübəli mütəxəssisi qınamağın yeri yoxdur. Çünki bu komandanı Diniyev yığmayıb və Pantiçə, digər klublara lazım olmayan, “ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verəydim”i zümzümə edənlərlə Şahin bəyin uğur qazanması qeyri-mümkün idi. Hər kəs qışda komandada olacaq dəyişiklikləri maraqla gölzəyirdi. Diniyev özü də elə yeni il qabağı saytımıza verdiyi açıqlamada planlarından ağızdolusu danışırdı. Amma yeni il gecəsi nə baş verdisə...

Yeni ilin ilk günlərində bəlli oldu “Rəvan” Şahin Diniyevlə vidalaşıb. Əvvəla, onu qeyd edək ki bu istefada xeyli müəmmalı məqam var. Birincisi, həm klubdan verilən rəsmi açıqlamada, həm də Diniyevin öz açıqlamasında qeyd olunur ki, guya təcrübəli mütəxəssis komandanı çətin vəziyyətdən çıxarmaq üçün özündə güc hiss etmir. Əgər, həqiqətən belədisə nəyə görə Diniyev çempionatda fasilə yaranan kimi dərhal istefa vermədi? İstefa verməyə hazırlaşan məşqçi heç bir halda gələcək planlarından həvəslə və ağızdolusu danışmazdı. “Rəvan” rəhbərliyi, camaatı gic yerinə qoymayın, açıq deyin ki məşqçini dəyişirik, vəssəlam. Onsuz da bu, sizin bacardığınız yeganə işdir. Diniyevin komandadan gedişi ani qəbul olunan qərardır. Şahin bəy sadəcə olaraq, abrını büküb, oturub, danışmaq istəmir.  

Məşqçinin biri pis oldu, ikisi pis oldu, beşi pisi oldu. Nə oldu, “Rəvan”a bir yaxşı məşqçi gəlmədi? Təkcə elə bu məqam klub rəhbərliyinin bacarıqsızlığını göstəririr. Komandaya gələn məşqçilərin hamısı pis, zəif, bacarıqsız ola bilməz. Əgər həmin məşqçilərin hamısı bacarıqsızdırsa, bu da sizin səhvinizdir klub rəsmiləri. Bacarıqsızsınız ki, bir neçə il ərzində bir bacarıqlı məşqçi tapa bilmirsiz. Odur ki gündə bir məşqçi dəyişikliyi etmək əvəzinə, yaxşısı budur özünüz postunudan gedin.

“Rəvan”ın saytı yazır ki, yeni baş məşqçiləri Güvənç Kurtar Türkiyənin sayılıb-seçilən mütəxəssislərindəndir. Əgər, belədirsə, onda Fatih Terim, Şenol Günəş, Mustafa Dənizli kimdi? Sayılıb-seçilən əvəzinə “Yulvaz Vuralın davamçısı” yazsaydılar daha yaxşı olardı. Çünki Kurtar ildə bir klub dəyişməsi ilə diqqət çəkir.

Kurtar Bakıya gəlməmişdən öncə verdiyi “televiziyadakı çıxışım “Rəvan” rəhbərliyinin xoşuna gəlib” açıqlaması isə diqqət çəkdi. Kiməsə bu qəribə gələ bilər. Amma biz buna da inanırıq. “Rəvan” rəhbərliyi o qədər “peşəkar”dır ki, açıqlama ilə də məşqçi gətirərlər.   

Və sonda. “Rəvan”ın saytında Kurtarla imzalanan müqavilənin müddəti 1 il göstərilib. Düz etmirlər. Onsuz da Kurtar Bakıda maksimum Novruz bayramına kimi duruş gətirəcək.

Sahib ZEYNALOV    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30