26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rafael Santos rəsmən "Qəbələ"də

Antalyada hazırlıqlarına bu gün start verən “Qəbələ” sıralarını yeni futbolçu ilə gücləndirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən mövsüm Kiyev “Arsenal”ında çıxış etmiş Rafael Santos karyerasını “Qəbələ”də davam etdirəcək. Braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu artıq “qırmızı-qaralar” Antalya düşərgəsində məşqlərə başlayıb.

Karyerasına Braziliyanın “Ponte-Preta” (2003-2006) klubunda başlayan Rafael Santos ölkəsində daha sonra “İnternasional” (2006-2007) və “Atletiko Paranaense”nin (2007-2011) şərəfini qoruyub. Sonuncu klubda olarkən Salvadorun “Vitoriya” (2008) və İtaliyanın “Bolonya” (2009/10) komandalarında icarə əsasında çıxış edib.

Rafael ötən il qısa müddət ölkəsinin “XV de Pirasisaba” klubunda oynayıb. Daha sonra Kiyev “Arsenal”ı ilə müqavilə bağlayan futbolçu sözügedən komandada 1 il çıxış edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30