Ölkə futbolu
Yeni il hədiyyəsi (YAZI)
Yeni il hədiyyəsini daha çox uşaqlar gözləyir. Bayramqabağı yolunu buralardan salan Şaxta Baba qoltuğuna vurduğu Qar Qızla balacaları sevindirir. Şaxta Baba Allahın bəlasıdı, bir-iki şeirlə, tapmaca-filanla uşaqların başını necə aldadırsa torbadakı köhnə konfetlər belə balacaların gözünə ən bahalı hədiyə kimi görünür.
AFFA da bayram ərəfəsində hədiyyə elədi. Özü də uşaqlara yox, bığlı-saqqallı kişilərə. Yaşlı-başlı futbol azarkeşlərinə gətirdiyi torbadan da kim çıxsa yaxşıdı? Hans-Hubert Berti Foqts. Əslində AFFA-nın bayramqabağı bu hədiyyəsi heç kim üçün sürpriz olmadı. Onsuz da alman məşqçi 2008-ci ilin martından gözümüzü yağır eləmişdi. Futbol qurumumuz Foqtsa “Getmə gözümdən, gedərəm özümdən” prinsipi ilə yanaşdığından torbadan başqa bir hədiyyənin çıxacağı gözlənilmirdi də.
AFFA-nın tərs damarı çoxdan tutub. Təşkilatın başbilənləri toyda da, yasda da deyirlər ki, milli komandamıza ya alman Berti Foqts rəhbərlik etməlidi, yada elə alman Berti Foqts. Alman məşqçinin əlindən cana doyan azarkeşləri indi də bir məsələ ilə ovundurmağa çalışırlar ki, köhnə-təzə baş məşqçiyə öz şərtlərini qəbul etdiriblər. Guya alman əvvəlki sözləşmədən fərqli olaraq, bundan sonra gününün çoxunu Azərbaycanda keçirəcək, ata-baba yurduna nadir hallarda gedəcək. Bundan sonra azarkeş üçün burnunun ucu göynəyən hansı stadionumuza boylansaq, Berti müəllimi görəcəyik. Lixtenşteyn və Lüksemburq yığmasında top qovan həvəskarlar futbola həvəs göstərdiklərinə görə peşman olacaqlar. Futbolumuzun başına və ayaqlarına cavabdeh olanlar lap Şaxta Baba kimi elə nağıllar danışırlar ki, adam bilmir hansını yazsın.
Alman Foqtsun yeni müqaviləyə əsasən ilin əksər hissəsini Bakıda keçirməsinin futbolumuza nə verəcəyini dəqiq bilmirəm. Amma belə başa düşürəm ki, bu işdən daha çox telekanallarımız yararlanacaq. Onsuz da televiziyalarımız gülməli və ağlamalı verilişlərə dəvət etməyə qonaq axtarırlar. İndi çox hörmətli Berti müəllim öz ayaqları ilə gəlib. Necə deyərlər, istədiyim yar idi, yetirdi AFFA...
Bizim telekanallarda düz-əməlli futbol reportajı göstərmirlər, heç olmasa Foqtsun qatıldığı proqramlara baxarıq. Yeni il bayramı üçün televiziyalarda qurulan çal-çağır bitəndən sonra gərək gözümüzü ekrandan çəkməyək. Birdə gördük ki, millimizin alman məşqçisi “Dədəmi gəzirəm” proqramına çıxıb ekspert kimi məsləhət verir, “Hamam hamam içində” verilişində küsülü ər-arvadı barışdırır. Berti Foqtsun Aşıq Telli Borçalı, rəqqasə Aytən, Rəqsanə, Ədalət Şükürovla teleproqramlarda qol götürüb oynaması, bir ağız duet oxuması lap qiyamət görünəcək. Həmin verilişlərin reytinq qıracağına yüzdə yüz əmin olun. Bunun əksini düşünməyin yeri belə yoxdu. Günlərin birində bir də gördük ki, Berti müəllim Elza Seyidcahanı da vurub qoltuğuna getdi qurbağalar üçün konsert verməyə.
Alman məşqçi AFFA ilə yeni sözləşmə imzalayanda yəqin ki, elə bu işləri öncədən nəzərdə tutub. Sadə azarkeşlərə açıqlanmasa da, görünür təzə müqavilədə bu məsələləri əhatə edən bənd var. Alman nə edirsə haqlıdı, Azərbaycanda gecələdiyi günlərdə yalnız futbolla ilgilənmək Foqts üçün darıxdırıcı olar.
Bayram ərəfəsidi, gəlin AFFA-nın Berti Foqtsla bağladığı təzə müqaviləni uzun-uzadı müzakirə edib qanımızı qaraltmayaq. Futbolumuzun başına və ayaqlarına məsul qurumun torbadan çıxardığı hədiyyənin boy-buxunundan və çəkisindən narazılıq etməyə də dəyməz.
Babalarımız nə demiş? Hədiyyənin böyüyü, kiçiyi olmaz...
Etibar CƏBRAYILOĞLU, “Het-trik news”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
10:43
Hasan Şaş saxlanıldı
-
10:22
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
-
09:56
"Yuventus"dan darmadağın VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Beşiktaş" "Marsel"ə şans tanımadı VİDEO
-
09:00
“Neftçi”nin 1000-ci oyunu, “Qarabağ” autsayderə qarşı
-
08:45
Azərbaycan kubokunun püşkü atılır
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
-
22:59
VI turun hakim təyinatları açıqlandı
-
20:05
"Şahdağ-Qusar" 3 xalı 4 qolla qazandı VİDEO
-
19:31
DÇ: Azərbaycan millisinin rəqibləri bilindi
-
18:44
“Şahdağ Qusar” zirvədə
-
18:17
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri
-
17:36
“Liverpul” “Çelsi”yə rəqib oldu
-
16:52
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə bağlayıb
-
16:28
"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu
-
16:00
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
15:43
"Naxçıvan"dan növbəti transfer
-
14:19
Azərbaycan kubokunun finalına bu stadion ev sahibliyi edəcək
-
13:35
Klopp Almaniya millisinin heyətini açıqladı
-
13:04
Litvanın millimizlə oyun üçün heyəti açıqlandı
-
12:41
"Neftçi" amerikalı legioneri heyətinə qatıb
-
11:27
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
10:56
Messi növbəti titulunu qazandı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:18
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
-
10:00
"Barselona"dan 7 qollu qələbə VİDEO
-
09:43
Renat oynadı, komandası kubokla vidalaşdı
-
09:29
Elvin Camalov “Qəbələ”yə qayıtdı
-
21:11
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
20:42
Emin Mahmudov: “Neftçi”nin 90 illiyində çempion olmasını istəyərdim”
-
20:09
Yaşar Seyidov: “Dinamo” bütün liqalar daxil yeganə komandadır ki...”
-
18:37
"Sumqayıt"ın əsas kapitanı müəyyənləşib
-
18:13
İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək
-
17:58
"Murov Az Terminal" Ayan Məmmədova ilə gücləndi
-
17:25
I Liqada hakim təyinatları
-
17:04
"Gəncə" yoxlama oyununda "Ordu"ya məğlub olub
-
16:46
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
-
16:30
"Neftçi" 1000-ci oyununa çıxacaq VİDEO
-
16:12
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
-
15:59
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
-
15:43
Gimnastlarımız IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
-
15:27
"Naxçıvan"da yeni müqavilə
-
15:08
Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər
-
14:55
Həsənovun “unutduğu” epizod VİDEO
-
14:34
Varkonyi: “Qarabağ”a gəlmək böyük dəyişiklik idi”
-
14:16
"Kəpəz"in legionerinə millidən dəvət
-
14:00
Naxçıvanda ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub
-
13:41
“Qarabağ”ın oyununun biletləri satışda
-
13:29
Millimiz yenə Moldovaya uduzdu
18.09.2026
17.09.2026
16.09.2026
























