19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qəbələ" türk məşqçi ilə yollarını ayırdı

"Qəbələ" İK Futbol Akademiyasının məşqçisi Recep Yazıcı ilə yollarını ayırıb. Futbolxeber.az-ınb klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2009-cu ilin avqust ayından klubda çalışan türkiyəli mütəxəssislə başa çatan müqaviləsin müddəti qarşılıqlı razılıqla uzadılmayıb. 4 ildən çox müddətdə akademiyada çalışan Recep Yazıcı klubun saytına açıqlamasında aşağıdakıları deyib: "5 ilə yaxındır çalışdığım klubdan böyük qürurla ayrılıram. Qəbələdə çalışmaq - akademiyanın inkişafında rol oynamaq, Azərbaycan gəncliyinə xidmət etmək karyeramda dərin izlər buraxdı. Amma mən buradan ruhən ayrılmamışam, daim ürəyim yetirmələrimizin yanında olacaq. "Qəbələ" Futbol Akademiyasının bundan sonra da yalnız irəliyə doğru gedəcəyinə və Avropanın seçilən akademiyalarından birinə çevriləcəyinə heç şübhəm yoxdur. Sonda birlikdə çalışdığımız bütün heyət üzvlərinə, sevimli futbolçularıma uğurlar arzulayır, onlara öz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, 14 yaş və aşağı yaş qrupları üzrə koordinator vəzifəsində çalışmış R.Yazıcı hazırda ölkəmizin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən bir çox futbolçunun yetişməsində əvəzsiz rol oynayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30