25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Mustafa Dənizli: “1 yox, demişəm ki ən azı 1 əcnəbi transfer edəcəyik” ÖZƏL

Hazırda Türkiyədə olan “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli Futbolxeber.az saytına müsahibə verib.

- Transfer çalışmaları ilə bağlı hansı yeniliklər var?

- Transfer çalışmalarımız davam edir. Amma hələ ki heç bir futbolçu ilə müqavilə imzalamamışıq. Sözləşmə imzalandıqdan sonra bu haqda məlumatınız olacaq.

- Bu günlərdə “heyətə yalnız 1 əcnəbi qatacağıq” deməniz heç də birmənalı qarşılanmadı...

- Mən açıqlamamda heyətə yalnız 1 legioner qatacağımızı deməmişəm. Demişəm ki, ən azı 1 əcnəbi transfer edəcəyik. Bu say 1-dən artıq da ola bilər.

- Bəlkə sərəncamınızda görmək istədiyiniz futbolçuların adlarını açıqlayasınız?

- Komandada görmək istədiyim futbolçular var. Həm yerli, həm də əcnəbi. Siyahını klub rəhbərliyinə təqdim etmişəm. Onlar da bunun üzərində çalışırlar. İndidən ad açıqlaya bilmərəm. Komandamızda yerli futbolçular azlıq təşkil edir. İlk növbədə bu boşluğu doldurmalıyıq.

- Bir müddət əvvəl Necati Ateş və İbrahim Toramanın komandanıza cəlb olunacağı haqda xəbərlər yayıldı.

- Transfer pəncərəsi zamanı belə xəbərlərin yayılması normaldır.

- Onda sualı belə qoyaq: siz adıçəkilən futbolçuları “Xəzər Lənkəran”da görmək istəyirsiniz?

- Xeyr. Bu haqda heç bir söhbət olmayıb. Onlar bizim gündəmimizdə deyillər.

- Məşqçilər korpusunuzu artıq müəyyənləşdirmisiniz?

- Bu baxımdan da çalışmalar davam edir. 1-2 gün ərzində məsələ öz həllini tapacaq. Dəqiq məlumat almaq istəyirsənsə, bazar ertəsi yenidən əlaqə saxla, deyim.   

- İbrahim Üzülməzi məşqçilər korpusunuzda görmək istədiyiniz doğrudur?

- Gəl, tələsəməyək. Bazar ertəsi bu suala dəqiq cavab verəcəyəm.

- Bəs, qapıçılarla işləyən məşqçi Hafiz Əliyev və fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorreni komandadan göndərdiyiniz doğrudur?

- Şaiyələrə inanmayın. Hələ ki heç kimi komandadan göndərməmişəm. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30