28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” Tacikistan yığmasının futbolçusunu alır

Tacikistan milli komandasının və Qazaxıstanın “Jetısu” klubunun futbolçusu Davron Erqaşev “Qəbələ”yə keçə bilər. Lent.az-ın məlumatına görə, bu barədə “Varziş-Sport” agentliyinə universal müdafiəçinin agenti Aleksandr Frank açıqlama verib.
 
O, hazırda 25 yaşlı oyunçu ilə Azərbaycan klubu arasında danışıqların getdiyini bildirib: “Erqaşev bu il Qazaxıstan çempionatında uğurla çıxış edib. O, “Jetısu”nun əsas heyətində möhkəmlənə bilib və bir neçə dəfə turun simvolik komandasına düşüb. Hazırda oyunçu ilə “Qəbələ” arasında danışıqlar gedir. “Jetısu” da Erqaşevlə müqaviləni uzatmaq niyyətindədir. Onunla “İrtış” da maraqlanır”.
 
Qeyd edək ki, “Qəbələ”nin baş məşqçisi Yuri Syomin 1983 – 1985-ci illərdə Tacikistanın “Pamir” klubunun baş məşqçisi olub. Syomin 1985-ci ildə Tacikistanın əməkdar məşqçisi sayılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31