19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Yuri Syomin: “Əsas odur ki, komandam ölkə çempionluğuna iddia edir” (Müsahibə)

 “Qəbələ”nin baş məşqçisi Yuri Syomin “Sportbox.ru” saytına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əsasən ölkəsində geridə qalan ən mühüm futbol olaylarını xatırlayıb və ilin ən yaxşılarının adlarını açıqlayıb. Həmin müsahibəni kiçik ixtisarlarla təqdim edirik:

- 2013-cü ilin hansı futbol hadisəsi sizin üçün daha yaddaqalan oldu?

- Yəqin ki, Rusiya millisinin dünya çempionatına vəsiqə qazanmasını qeyd etsəm, yenilik etmiş olmaram.

- Rusiyada ilin futbolçusu?

- Yekdilliklə, Qluşakov

- Sizin üçün ilin kəşfi kim oldu?

- Elə o. Məhz Qluşakovu ilin kəşfi hesab edirəm.

- İlin komandası?

- “Lokomotiv”, hansı ki payız mərhələsində stabil çıxış etdi.

- Məşqçi?

- Valeri Karpin.

- Futbol məyusluğu?

- Öz komandalarını sevməyən azarkeşlərin davranışları.

- 2013-cü ildə özünüz üçün nəyi ən böyük uğur hesab edirsiniz?

- Əsas odur ki, mənim komandam ölkə çempionluğuna iddia edir.

- Messi, Riberi, yoxsa Kriştianu Ronaldo?

- Kriştianu Ronaldo.

- 2014-cü ildə Rusiya futbolu ilk növbədə nədən qaçmalıdır?

- İlk növbədə infrastrukturu yüksəltmək və meydançaları yaxşı vəziyyətə gətirmək lazımdı. Məhz bərbad meydançalar yüksəksəviyyəli futbolçulara öz oyunlarını sərgiləməyə imkan vermir.

- Sizin fikrinizcə, Rusiya futbolunda kim daha çox Şaxta Baba obrazına uyğun gəlir?

- Bağışlayın, amma futbol adamlarından heç birini mən bu obraza oxşada bilmirəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30