25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Xəzər Lənkəran” azarkeşləri liderdir

Azərbaycan Premyer Liqasının ilk yarısının oyunlarını 144 min 750 tamaşaçı izləyib. Futbolxeber.az-ın məlumatına görə, arxada qalan 2 dövrənin 18 turunun 90 qarşılaşmasında orta izləyici sayı 1608-ə bərabər olub.

Ev oyunlarında ən çox tamaşaçı toplayan komanda “Xəzər Lənkəran”dır. Cənublular bu göstəricidə 2-ci olan “Sumqayıt”ı təxminən 3 qat üstələyir. 3-cü yerdə isə “Neftçi”dir. Ən az azarkeş isə “Rəvan”ın öz meydanındakı qarşılaşmalarda olub.

Klub

Tamaşaçı

Oyun

Orta say

1

Xəzər Lənkəran

53600

9

5956

2

Sumqayıt

17700

9

1967

3

Neftçi

15100

9

1678

4

Qəbələ

11800

9

1311

5

Qarabağ

10550

9

1172

6

İnter

10800

10

1080

7

Simurq

7550

8

944

8

AZAL

7600

9

844

9

Bakı

6450

9

717

10

Rəvan

3600

9

400

“Xəzər Lənkəran” səfər oyunlarında da hamıdan çox azarkeş toplamağı bacarıb. Bu göstəricidə lideri “Neftçi” ilə “Qəbələ” izləyir. Çempionatın autsayderi “Sumqayıt” burada da sonuncudur.

Klub

Tamaşaçı

Oyun

Orta say

1

Xəzər Lənkəran

19700

9

2189

2

Neftçi

18450

9

2050

3

Qəbələ

18150

9

2017

4

Qarabağ

17650

9

1961

5

Bakı

16000

9

1778

6

AZAL

13450

9

1494

7

Simurq

13350

10

1335

8

İnter

10650

8

1331

9

Rəvan

9750

9

1083

10

Sumqayıt

7600

9

844

18 turun oyunları 11 stadionda keçirilib. “Xəzər Lənkəran”ın tamaşaçı sayındakı aşkar liderliyi komandanın ev matçlarını keçirdiyi stadionun azarkeş toplaması ilə bağlıdır. Arenalar arasında 1-ci olan cənub təmsilçisinin stadionu Zaqatala və Sumqayıtdakı stadionları qabaqlayır. Tamaşaçıların ən az getdiyi stadion isə “Dalğa Arena”dır. Ümumiyyətlə son 6 yerdə paytaxtdakı arenalardır.

Klub

Tamaşaçı

Oyun

Orta say

1

Lənkəran

53600

9

5956

2

Zaqatala

4000

2

2000

3

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17700

9

1967

4

Bakcell Arena

20600

12

1717

5

Qəbələ

12100

11

1100

6

Şəfa

12850

13

988

7

T.Bəhramov adına Respublika stadionu

4700

5

940

8

AZAL Arena

7600

9

844

9

“Bakı” FK-nın bazası

6450

9

717

10

Bayıl Arena

4800

10

480

11

Dalğa Arena

350

1

350

Mövsümün ilk yarısında ən çox tamaşaçı toplayan 5 qarşılaşmanın hamısı Lənkəranda meydan sahiblərinin iştirakı ilə keçirilib. “Top-5”də 6500-dən çox seyrçi toplayan görüşlər yer alıb. Mövsümün rekordu isə “Xəzər Lənkəran”la “Neftçi” arasında “Böyük oyun”a məxsusdur - 10 min.

Oyun

Tur

Tarix

Stadion

Tamaşaçı sayı

Xəzər Lənkəran – Neftçi – 0:0

4

25.08.2013

Lənkəran

10000

Xəzər Lənkəran  - Qarabağ – 0:3

11

27.10.2013

Lənkəran

7500

Xəzər Lənkəran  - Bakı – 2:1

6

14.09.2013

Lənkəran

7100

Xəzər Lənkəran  - Simurq – 0:0

2

11.08.2013

Lənkəran

7000

Xəzər Lənkəran – İnter – 0:1

8

27.09.2013

Lənkəran

6500

Ən az tamaşaçı isə “Simurq”un autsayderlərə qarşı Qəbələdə keçirdiyi ev oyunlarında qeydə alınıb - 150 nəfər. Paytaxtda baş tutan 4 görüşdə isə 200 seyrçi qeydə alınıb.

Oyun

Tur

Tarix

Stadion

Tamaşaçı

Simurq - Rəvan - 2:0

 1

03.08.2013

Qəbələ

150

Simurq - Sumqayıt - 3:1

 6

15.09.2013

Qəbələ

150

AZAL - Sumqayıt - 1:0

 4

23.08.2013

AZAL Arena

200

AZAL - İnter - 0:2

 11

26.10.2013

AZAL Arena

200

AZAL - Rəvan - 2:1

 16

08.12.2013

AZAL Arena

200

Rəvan - Simurq - 0:3

 18

20.12.2013

Bayıl Arena

200

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30