28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Nefçi” aləmi qarışdırdı: AFFA nümayəndəsi polislərə səsləndi, hakim söyüldü, jurnalist təzyiqə məruz qaldı

Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində baş tutan AZAL - “Neftçi” oyunundan sonra insident yaşanıb. Futbolxeber.az-ın məlumatına görə, Orxan Məmmədovun idarəçiliyindən narazı qalan “Neftçi” rəsmiləri hakimlə haqq-hesab çürütmək istəyiblər. Bu səbəbdən də Orxan Məmmədov başda olmaqla hakimlər briqadası təxminən 10 dəqiqə meydanı tərk edə bilməyib. Vəziyyətin ciddiliyini görən oyunun AFFA nümayəndəsi Adil Nadirov polislərə səslənərək, onların hakimləri qorumalı olduqlarını bildirib. Hətta Nadirov stadionun yerləşdiyi ərazinin polis bölməsi ilə əlaqə saxlayaraq, arenadakı polis əməkdaşlarının sayının artırılmasını tələb edib.

10 dəqiqə meydanda qaldıqdan sonra hakimlər otağına yollanan ədalət təmsilçiləri orada da təzyiqə məruz qalıblar. Belə ki, otağın qarşısını kəsən “Neftçi” nümayəndələrindən bəziləri Orxan Məmmədovu ağır şəkildə təhqir ediblər. Maraqlıdır ki, həmin anda polis işçiləri Orxan Məmmədovun ünvanına səslənın “tərif yağışı”nı kənardan izləməklə kifayətləniblər.

Bununla kifayətlənməyən “Neftçi” rəsmiləri insidenti işıqlandırmaq istəyən Futbolinfo.az saytının əməkdaşı Emin Səfərovun da peşə vəzifəsini yerinə yetirməyə imkan verməyiblər. Klub nümayəndələri Səfərova təzyiq edərək, ona mane olmağa çalışıblar. Baş vermiş hadisə ilə bağlı “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə oyundan sonra təşkil olunan mətbuat konfransında həmkarımızdan hamının qarşısında üzr istəyib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31