28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ruslan Abışov: "Kurban Berdıyevin gedişi mənim üçün gözlənilməz oldu"

“Kurban Berdıyevin “Rubin”in baş məşqçi postundan gedişi mənim üçün gözlənilməz oldu”. Bunu Lent.az-a açıqlamasında Rusiyanın “Rubin” komandasının azərbaycanlı futbolçusu Ruslan Abışov deyib.
 
Türkmənistanlı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayan 26 yaşlı müdafiəçi bildirib ki, futbolçular kimi baş məşqçi də komandadan gedə bilər: “Berdıyev mənim yaddaşında yaxşı baş məşqçi kimi qalacaq. Düzdür, onun rəhbərliyi altında 1 il ərzində demək olar ki, meydana çıxmadım. Amma özümü heç kimdən zəif saymırdım. Bunu Rusiya mətbuatı da yazırdı. Mənə nədənsə az şans verməyinə baxmayaraq, onun məşqlərindən çox şeyi öyrəndim”.
 
Gələcək taleyinə gəldikdə, Abışov “Rubin”lə müqaviləsinin hələ davam etdiyini söyləyib. Həmyerlimiz bu yaxınlarda verdiyi “Görsəm ki, oynatmırlar, başqa kluba icarəyə verilməyimi istəyəcəyəm” açıqlamasına yenidən qayıtmaq istəməyib: “Gələn ayın 11-də Türkiyənin Antalya bölgəsində təlim-məşq toplantımız başlanacaq. Çalışacağam ki, məşqlərdə özümü göstərərək, əsas heyət üzvünə çevrilim. Hazırda mənim üçün əsas hədəf budur. Başqa variantlar – klubumu dəyişmək, icarəyə verilməyim ikinci dərəcəli variantlardır”.
 
Qeyd edək ki, Kurban Berdıyev Tatarıstan prezidenti Rüstəm Minnixanovun qərarı ilə istefaya göndərilib



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31