25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Ədalətsiz məğlubiyyət oldu”

“Ədalətsiz məğlubiyyət oldu. Yaxşı oynadıq, topa nəzarət etdik, çoxlu hücumlar təşkil etdik. Oyunda güclü tərəf biz olsaq da, sonda məğlub olduq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ” ilə oyundan sonra “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Pantiç rəqibin qapıçısının çıxışını xüsusi vurğulayıb: “Rəqib komandanın qapıçısı mükəmməl oyun göstərdi. Bu - futboldur, hər şey ola bilər. Bizim komanda da qol vurmağa çətinlik çəkirdi, lakin müdafiədə asanlıqla qollar buraxdıq. Hamını qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm. Komandada dəyişikliklərin olacağı aydın görünür. Səhvlərimiz, boşluqlarımız göz önündədir. Boşluqları doldurmağa, yaxşı oyunçular transfer etməyə çalışacağam. Qış fasiləsində oyunçuları komandaya cəlb etmək çətindir. Yollarımızı ayıracağımız futbolçuların siyahısında həm yerli, həm də əcnəbi oyunçular olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30