20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Fransaya getmək şansımız var”

Milli komandamızla müqaviləsini daha iki illiyinə uzadan Berti Foqts “Sky Sport”a açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, alman mütəxəssis ölkəmizdə futbola münasibətin əvvəllər istənilən səviyyədə olmadığını qeyd edib: “Hiss edirəm ki, komandanın yaxşı potensialı var. Ona görə də köməkçim Uli Ştaynla daha iki il Azərbaycanda qalmağı üstün tutduq. Futbol Azərbaycanda çox vaxt "ögey övlad" olub. Ancaq indi orada yeni futbol stadionları inşa edilir, məktəblər açılır. Avro-2016-də yaxşı çıxış etməyə çalışacağıq. Nəzərə alaq ki, növbəti qitə birinciliyinin final mərhələsində 16 yox, 24 komanda iştirak edəcək. Buna görə də bizim Fransaya getmək şansımız var. AFFA prezidenti də mənimlə söhbətində dedi ki, bunun üçün yaxşı gənc oyunçular lazımdır”.

Foqts digər məqsədlərini də açıqlayıb: “Azərbaycan millisinin digər hədəfi “Avro-2020”nin final mərhələsində oynamaqdır. Çünki Azərbaycan həmin yarışın üç oyununu keçirməyə namizəddir. Ona görə də gənc futbolçular indidən həmin yarışda ən yaxşı formada olmaq haqda düşünməlidirlər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30