25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Qəbələ" Mərakeş klubu ilə qarşılaşacaq

Braziliyanın Araponqas şəhərində keçirilən "Laranya Mekanika Beynəlxalq Kuboku" turnirində iştirak edən "Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandası yarış çərçivəsində üçüncü matçını keçirib. Futbolxeber.az-ın məlumatına görə, qrup mərhələsinin ilk iki oyununda məğlub olan ("Laranya Mekanika" 0:3, "Palmeyras" 0:1) "qırmızı-qaralar" üçüncü görüşdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" kollektivi ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabda geri düşən "Qəbələ"nin bərabərlik qoluna Yusif Nəbiyevin ötürməsi ilə Ayxan Əsədov imza atıb. Bu nəticədən sonra qrupda 3-cü pilləni tutan "qırmızı-qaralar" 5-ci yer uğrunda oynamaq hüququ qazanıb. Sözügedən matçda "Qəbələ" Mərakeş təmsilçisi "Mohamad IV" ilə üz-üzə gələcək. 
Matçın ardından turnir çərçivəsində seminar baş tutub. Seminarda "Qəbələ" Furtbol Akademiyasının direktoru Stenli Brard, "Mohamad IV" akademiyasının fransız məşqçisi Tomas Pavilyon və "Kuritiba"təmsilçisi Mario Andre Mazukko çıxış edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30