19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Yunisoğlu: “O, pulsuzluğa dözmədi”

Millimizin sabiq üzvü Saşa Yunisoğlu çıxış etdiyi “Dənizlispor”un baş məşqçisi Yusuf Şimşəkin istefa verməsinə münasibət bildirib. Futbolxeber.az saytına verdiyi açıqlamada S.Yunisoğlu Y.Şimşəkin maddi səbəblərdən klubu tərk etdiyini bildirib: “O, pulsuzluğa dözmədi. Rəhbərlik qarşısında şərt qoymuşdu ki, “Fethiyespor”la matça qədər futbolçuların bütun borcları verilməlidir. Həmin oyuna qədər hər şey əla gedirdi. Biz 17-ci yerdən 8-ci yerə yüksəldik. Biz futbolçular da Yusuf Şimşəkə inanırdıq və ona görə hər oyunda bütün gücümüzü meydanda qoyurduq. Amma “Fethiyespor”la oyundan öncə bəlli oldu ki, rəhbərlik sözünün üstündə durmayacaq. Artıq 5 aydı pul almırıq. Elə bu səbəbdən də “Fethiyespor”a öz meydanımızda 1:5 hesabı ilə uduzduq. Artıq futbolçular da rəhbərliyə inanmır və komandada psixoloji vəziyyə çox pisdir. Yusuf Şimşək də başa düşdü ki, artıq tək başına heç nə edə bilməyəcək. İkinci dəfə futbolçuları nəyəsə inandırmaq çox çətin idi. Bu səbəbdən də o istefa verərək, klubdan getdi”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30