25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Hakimləri təhqir edən masajçıya 5 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Əvəzedici heyətlərin XVII turunun “Bakı” – “Qarabağ” oyunun 90+2-ci dəqiqəsində “Qarabağ” klubunun 2 №-li futbolçusu Eyvaz Mərdanov qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).

Əvəzedici heyətlərin XVII turunun “Neftçi” – “Qəbələ” matçının 51-ci dəqiqəsində “Qəbələ” klubunun 94 №-li futbolçusu Ruslan Bədəlov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XVII turunun “Xəzər Lənkəran” – “Rəvan” matçının 71-ci dəqiqəsində “Rəvan” klubunun 7 №-li futbolçusu Cəmil Rəhimli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun XIV turunun MOİK – “Lokomotiv” matçının 15-ci dəqiqəsində MOİK klubunun 12 №-li futbolçusu Elnur Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun XIV  “Energetik” – “Karvan” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 72-ci dəqiqəsində “Energetik” klubunun 4 №-li futbolçusu Tural Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

Azərbaycan I Divizionunun XIV  “Turan-T” – “Mil-Muğan” matçında “Turan-T” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionun XIV  “Neftçala” – “Araz-Naxçıvan” matçında “Neftçala” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 74-cü dəqiqəsində “Neftçala” klubunun 20 №-li futbolçusu Tanrıverdi Məhərrəmli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).

Oyunun 80-ci dəqiqəsində “Araz Naxçıvan” klubunun 9 №-li  futbolçusu Eşqin Quliyevlə “Neftçala” klubunun 9 №-li futbolçusu Aslan Hüseynov bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçular 3 oyunluq cəzalanır, klublar 200 manat cərimə olunur (maddə 42.1).

Azərbaycan I Divizionun XIII “Şəmkir” – “Neftçala” matçının 14-cü dəqiqəsində “Şəmkir” klubunun baş məşqçisi Ruslan Abbasov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5  oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).

Oyunun 78-ci dəqiqəsində “Şəmkir” klubunun masajçısı Orxan İmanovun hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30