29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bakı”nın üzvləri “Atletiko” - “Valensiya” matçında

Ötən gün Madriddə təlim-məşq toplantısı keçən “Bakı”nın U-14 komandası və nümayəndə heyətinin üzvləri İspaniya çempionatının "Atletiko" və "Valensiya" arasında keçirilən qarşılşamasını stadionda canlı izləyiblər. Futbolxeber.az-ın məlumatına görə, İspaniyada uzunmüddətli təlim keçən 5 futbolçumuz da onlara qatılıb.

Gənc futbolçular "Atletiko"nun 3:0 hesablı qələbəsinin şahidi olublar.

Oyundan əvvəl "Atletiko" klubunun prezidenti Enrike Serezo məşqçi heyəti və futbolçularla bir araya gəlib. "Bakı" futbol akademiyasının rəhbəri Yüksəl Kepoğlu yeniyetmə futbolçuların Madriddə keçirdiyi hazırlıq prosesi barədə ətraflı məlumat verib. Ardından klub prezidentinə xatirə hədiyyələri təqdim olunub.

"Atletiko" rəhbərliyi də öz növbəsində nümayəndə heyətinin üzvlərinə üzərində klub simvolikası olan suvenirlər bağışlayıblar.  


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31