29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“İnter” 500-cü qolu

Azərbaycan Premyer Liqasının 17-ci turunun “İnter” - “Sumqayıt” oyununda hesabı açan Abdulla Abatsiyevin qolu meydan sahibləri üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, milliləşən legioner paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində 500-cü qolunu vurub. Bu qarşılaşmayadək hesabında 499 qol olan “İnter” sumqayıtlıları 2:0 hesabı ilə udaraq bu rəqəmi 501-ə çatdırıb.

1999-cu ildən ölkənin ən güclü klubları sırasında olan komanda ilk 4 mövsümdə “Xəzər Universiteti” adı altında çıxış edib. Bu müddətdə bakılılar 110 qol vurub. 2004-cü ildə adını dəyişən paytaxt təmsilçisi daha 391 dəfə fərqlənməklə qol sayını 501-ə çatdırıb.

501 qolunu 371 matçda vuran “İnter” öz qapısından 316-nı buraxıb. Vurulan qolların 273-ü ev, 228-i səfər matçlarında qeydə alınıb. Texniki qələbənin əldə olunduğu 5 matç isə top fərqində əksini tapmayıb.

“İnter” Azərbaycan çempionatları tarixində 500 qol səddini arxada qoyan 6-cı komandadır. Onlara qədər “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Turan” və “Bakı” da bunu bacarıb.

Qeyd edək ki, paytaxt təmsilçisi ilk qolunu 1999-cu il noyabrın 7-də “Neftçi” ilə ev oyununda vurub. Komandasının 2:3 hesabı ilə uduzduğu matçın 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixində düşüb.

“İnter”in mövsümlər üzrə vurduğu qollar 

Mövsüm

Qol

1999/2000

19

2000/01

23

2001/02

31

2003/04

37

2004/05

41

2005/06

35

2006/07

36

2007/08

55

2008/09

54

2009/10

47

2010/11

29

2011/12

29

2012/13

38

2013/14

27

Cəmi

501

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31