24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“İdman Azərbaycan”dan dünya çempionatına biganə mübasibət ÖZƏL

Artıq 2 gündür Mərakeşdə Klublararası dünya çempionatı start götürüb. Futbolxeber.az-ın məlumatına görə, hər qitənin ən güclüsü adını qazanan klubların iştirak etdiyi yarışda bu gün 2 1/4 final matçı keçiriləcək. Turnirin favoritləri olan “Bavariya” və “Atletiko Mineyro” isə mübarizəyə 1/2 finaldan qoşulacaqlar.

Lakin azərbaycanlı futbolsevərlər sözügedən turniri canlı olaraq izləyə bilməyəcəklər. Ən azından “İdman Azərbaycan” kanalında. Belə ki, daim ən böyük turnirləri canlı olaraq tamaşaçılara təqdim etdiyini aləmə car çəkən “İdman Azərbaycan” kanalı Klublarası Dünya çempionatını nümayiş etdirməyə ehtiyac görməyib. Əvəzində azərbaycanlı futbolsevərlər bu gün DÇ-nin 1/4 final matçı əvəzinə İngiltərə Premyer Liqası çərçivəsində baş tutacaq “Hall Siti” - “Stok Siti” matçına baxa bilərlər. Özünüz qərar verin, hansı maraqlıdır: DÇ, yoxsa Premyer Liqanın sıradan bir oyunu?   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30