20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Simurq” AZAL-la oyuna hazırdı

Cari mövsümdə Azərbaycan Premyer Liqasında məlum səbəblərdən ikinci dəfə doğma arenasında meydana çıxacaq "Simurq", növbəti görüşün hazırlıqlarını tamamlayaraq istirahətə çəkilib. Futbolxeber.az-ın məlumatına görə, AZAL-ı qonaq edəcək “Simurq”un oyunöncəsi son məşqi bir saatdan artıq davam edib və əsasən toplu çalışmalardan ibarət olub. Hazırlıq prossesində yalnız "təyyarəçilər"lə görüşdə sarı vərəqə limitini keçdiyinə görə forma geyinə bilməyəcək Nicat Qurbanov iştirak etməyib.

Rəqiblərin son dörd dueli heç-heçə bitsə də, bu görüş öncəsi qonaq komandanın "Simurq" üzərində statistik rəqəmlər baxımından üstünlüyü var. Buna qədər 19 dəfə üz-üzə gələn kollektivlərin qarşılaşmasında 8 dəfə paytaxt təmsilçisi, 3 dəfə isə Zaqatala təmsilçisi qalib gəlib. Yerdə qalan oyunlarda isə heç-heçə qeydə alınıb. Top fərqindədə AZAL 26:16 öndədir.  

Qeyd edək ki, "Simurq" - AZAL oyunu saat 17:00-da start götürəcək. "SimurqTV" vasitəsilə canlı yayımlanacaq görüşü Ramil Diniyev idarə edəcək. 


simurqpfk.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30