19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Rəvan” Bakıda son məşqini keçdi

Bazar günü "Xəzər Lənkəran” ilə Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşacaq "Rəvan” artıq oyun üçün Bakı hazırlığını başa vurub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün "Bayıl Arena”da məşqə çıxıb.

Təxminən saatyarım davam edən hazırlıqda yalnız zədəli Tofiq Mikayılov iştirak etməyib. Ümumi qrupa qoşulan Elvin Həsənəliyevin durumu da qənaətbəxşdir. “7 nömrə” həftəsonu meydana çıxa biləcək. Əvəzində Ceyhun Cavadovla Novruz Məmmədov 4 sarı vərəqəyə görə cəzalı duruma düşüb və onlar Lənkərana aparılmayacaq. Digər tərəfdən, İvan Pexa və Rəşad Abdullayev cəzasını başa vurub və baş məşqçinin sərəncamında olacaq.

Sabah səhər Lənkərana yola düşəcək “Rəvan” oyunöncəsi son məşqini də Lənkəran şəhər stadionunda həyata keçirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30