20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Bakı”nın üzvləri Umummilli liderin xatirəsini yad ediblər

"Bakı" futbol klubunun üzvləri, gənc və yeniyetmə futbolçular Ümummilli Liderin anım günündə bir araya gələrək Heydər Əıiyevin əziz xatirəsini yad ediblər. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub muzeyinə toplaşan "Bakı"lılar dahi rəhbərin həyat və fəaliyyətini əks etdiən fotostendlərin eksponatlarını izləyiblər.

Heydər Əliyev haqqında yazılan çoxsaylı kitabların yer aldığı rəflər gənc futbolçuların maraq dairəsinə düşməsi də təsadüfi deyil. Onlar müsair Azərbaycan Respublikasının yaradıcısı Heydər Əliyevin keçdiyi keşməkeşli və şərəfli həyat yolunu işıqlandıran ən son nəşrləri vərəqləyərək, muzeyin zəngin biblioqrafiyası ilə tanış olublar.

Klub rəsmisi Nəriman Mehdiyev Ümummili Lideri dünya dahiləri sırasına ucaldan tarixi hadisələr barədə geniş məlumat verərək, Heydər Əliyevin xalqımızın müstəqəlliyi, aminamanlığı və firavanlığı naminə xidmətlərini haqda söhbət açmışdır.

Sonda Anım iştirakçıları Dahi Rəhbərin klub bazasında uzaldılan büstü önündə xatirə şəkli çəkdirdilər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30