19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Pantiç: “Ola bilsin növbəti mövsüm çinlilərə və ya yaponlara üstünlük verdim”

“Bakı”nın baş məşqçisi Milinko Pantiç Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçiriləcək oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, “Bakı”nın rəsmi sayıtna açıqlama verən Pantiç matçın çətin keçəcəyini vurğulayıb: “Sumqayıt”a qarşı oynamaq bizim üçün həmişə çətindir. Üstəlik, eyni komandaya qarşı ardıcıl iki oyun keçirəndə qələbələri sıralamaq bir qədər də çətinləşir. “Sumqayıt” öz meydanında çıxış edəcək. Bu isə o deməkdir ki, ölkə kubokunun 1/8 finalında rəqibin göstərdiyi nisbətən qapalı taktiki sxemi unutmalıyıq. Bütün bunlar qarşılaşmanın mürəkkəbliyini artırır. “Sumqayıt” gənclərə üstünlük verdiyindən daha çox hücum qurur, təhlükə yaradır. Rəqib komanda azərbaycanlı futbolçulara üstünlük verir. Mən də yerli gənclərə şans yaradıram, amma tənqidlərlə rastlaşıram. Bu gedişlə ola bilsin, növbəti mövsüm çinlilərə və ya yaponlara üstünlük verdim (gülür). Çünki görürəm ki, bəziləri mənim oyunçu seçimlərimi bəyənmirlər.

Düzdür, “Neftçi” və “Xəzər Lənkəran” kimi güclü komandalara çox qol vura bilirik. Lakin “Sumqayıt”la görüşlərdə 1 top fərqi ilə üstün oluruq. Bu ondan irəli gəlir ki, rəqibin heyətindəki gənclər daha çox əmək sərf edir. Hər biri çalışır ki, özünü yaxşı tərəfdən göstərsin və ölkənin daha güclü klublarına transfer olunsun. Özü də “Sumqayıt”ın elə futbolçuları var ki, daha iddialı komandalara keçmək üçün hazırdırlar”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30