28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Sumqayıt” klubu bəyanat yaydı

“Sumqayıt" Futbol Klubunun Bəyanat yayıb. Futbolxeber.az klubun rəsmi saytında yer alan bəyanatı olduğu kimi təqdim edir:

- Son günlər mətbuat səhifələrində klubumuz haqqında bəzi xoşagəlməz açıqlamalar dərc olunmaqdadır. Səslənən qeyri-obyektiv fikirlər olduqca təəssüf doğurur.

"Sumqayıt" Futbol Klubunun hansı məqsədlər üçün yarandığı hərkəsə məlumdur. Ümumilikdə, klubumuz Premyer Liqada çıxış edən digər komandalar arasında ən çox yerli və gənc futbolçuların xidmətindən yararlanan kollektivdir. "Sumqayıt" FK yarandığı gündən ölkənin aparıcı klublarından gənc futbolçuları icarəyə götürməklə onlara premyer liqa təcrübəsi qazandırıb və futbolçuları milli komandalar üçün yetişdirib.

Azərbaycan çempionatında çıxış etdiyimiz qısa zaman kəsiyində Premyer Liqada çıxış etməyən və futbol azarkeşlərinə tanış olmayan Bədavi Hüseynov, Abdulla Abatsiyev, Andrey Popoviç, Ruslan Tağızadə, Murad Ağayev, Tərlan Quliyev, Hacı Əhmədov, Murad Səttarlı, Emil Balayev, Kamil Nurəhmədov, Orxan Əliyev, Ruslan Nəsirli kimi futbolçular məhz "Sumqayıt" Futbol Klubunda parlayaraq milli komandalara qədər yüksəlib.

Son iki il ərzində A milliyə dəvət olunmuş Andrey Popoviç, Səlahət Ağayev, Ruslan Qurbanov, Murad Ağayev, Uğur Pamuk və Pərdis Fərcad-Azad kimi futbolçular "Sumqayıt" FK-da çıxış etdikdən sonra yığmanın çalışdırıcısı Berti Foqtsun diqqətini cəlb edib.

Arzu edirik ki, Premyer Liqada mübarizə aparan digər klublarımız da bizim qədər milli komandaların mənafeyini düşünəcək.

"Neftçi" Peşəkar Futbol Klubunun qərarı ilə qışda "Sumqayıt"dan ayrılaraq məxsus olduqları kluba qayıdacaq 4 futbolçu məhz bizim komandada təcrübə toplayaraq milli komandalara çağırılmağa başlayıb. Bu da olduqca sevindirici haldır ki, "Neftçi" kimi komanda həmin 4 futbolçunun xidmətində maraqlı olduğu üçün onları geri qaytarır. Ümid edirik ki, ardıcıl 3-cü mövsümdə ümumilikdə 50-dən artıq Premyer Liqanın oyununda iştirak etmiş Slavik Alxasov və Ruslan Qurbanov kimi futbolçular bundan sonra da Premyer Liqada oynamaq şansı qazanacaq.

Bütün bunlara baxmayaraq, "Sumqayıt" Futbol Klubu tutduğu yolu davam etdirəcək və milli komandalar üçün istedalı gənclər yetişdirməkdə davam edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31