25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Xəzər Lənkəran": Kubokda 70 dubl

Azərbaycan kubokunda özünün 10-cu - yubiley mövsümünə 1/8 final mərhələsindən başlayan “Xəzər Lənkəran” “Neftçala”nı 4 cavabsız qolla keçdi. Futbolxeber.az-ın məlumatına görə, bu qələbə bir sıra maraqlı məqamlarla əlamətdar oldu. Görüş debüt, yubileylər və ilklə tarixə düşdü.

3-cü türkiyəli

“Ağ-yaşıllar” yeni təyin olunan baş məşqçi Mustafa Dənızlinin rəhbərliyi altında ilk rəsmi matça çıxdı. Çalışdırıcı komandanı meydana çıxaran 11-ci mütəxəssis kimi tarixə düşdü. Daha 4 çalışdırıcının baş məşqçi kimi bu funksiyanı yerinə yetirdiyini nəzərə alsaq, ümumilikdə Dənizli 15-ci oldu. Tanınmış mütəxəssis Rasim Kara və Cüneyt Biçərdən sonra “Xəzər Lənkəran”ın 3-cü türkiyəli baş məşqçisidir. Onların daha bir həmyerlisi Şenol Fidan isə məşqçi kimi 3 oyunda komandaya rəhbərlik edib.

51-ci darmadağın

“Xəzər Lənkəran” yarandığı 9 ildən artıq müddət ərzində 51-ci dəfə rəqibini 3 və ya daha çox top fərqilə məğlub etdi. Komanda ölkə kubokunda 12-ci böyükhesablı qələbəsini rəsmiləşdirdi. Bu həm də “ağ-yaşılların Azərbaycan kubokunda evdə keçirdiyi 28-ci matçda əldə etdiyi 20-ci - yubiley qələbəsi oldu.

70-ci dubl

Kubok matçı 2 dublla əlamətdar oldu. Komandanın heyətində artıq bir matçda belə uğur əldə edən Mbilla Etame özünün 2-ci dublunu rəsmiləşdirdi. Ondan 2 dəqiqə sonra dubl müəllifi olan Sadio Tounkara isə ilk dəfə buna nail oldu. Bununla da o, klub tarixinə dubla imza atan 38-ci futbolçu kimi düşdü. Sadionun dublu həm də “Xəzər Lənkəran”lı futbolçuların ümumilikdə 70-ci dubludur.

 


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30