20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Fariz Yusifovu söydüyüm üçün peşman deyiləm"

"Yəqin qaydalarda belə yazılıb ki, mənə 4 oyunluq cəza veriblər. Ancaq bunun nə dərəcədə ədalətli qərar olduğunu demək çətindir".
 
Qol.Az saytına açıqlamasında bu sözləri "Sumqayıt" klubunun kapitanı Samir Abasov bu gün AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılmasına münasibət bildirərkən deyib.
 
Milli komandanın sabiq üzvü veteran futbolçu kimi cəzasının azaldılmasını xahiş edib. Bununla belə o, qeyd edib ki, “Neftçi” ikə matçda görüşün baş hakimi Fariz Yusifovu təhqir etdiyi üçün peşman deyil: "Özüm üçün xahiş etmirəm. Komandamı fikirləşib deyirəm. Çünki hazırda "Sumqayıt"da oyunçu qıtlığı var. Elə olur ki, bəzi klublar "Sumqayıt"da icarədə olan futbolçularını özlərinə qarşı oynamağa icazə vermir. Buna görə də yaxşı olardı ki, cəzamı azaltsınlar”.
 
S.Abasov oyunun baş hakimi Fariz Yusifovun idarəçiliyindən narazı qaldığını bildirib, qırmızı vərəqə almağını da bununla əlaqələndirib: "Fariz Yusifov oyunu bərbad idarə edirdi. Ona görə də top "Neftçi"nin futbolçusu Erik Ramosun əlinə dəyərkən hakimin buna göz yummasını qəbul edə bilmədim, hislərimi cilovlamaq çətin idi. Bu səbəbdən kobudluq etdim. Ancaq belə etməmələydim. Təkcə ona görə peşmanam ki, komandamı pis vəziyyətdə qoydum. Bunu oyundan sonra başa düşdüm. Hakimi söyməyimə görə gəlincə, qətiyyən peşman deyiləm. Doğrudan da Fariz Yusifov oyunu çox pis idarə etdi. Hakimə yaraşmayan hərəkətlərinin şahidi olduq. O, özü də kobud danışırdı. Deyəsən, oyuna əsəbi gəlmişdi. "Sumqayıt"a qarşı niyə belə hirsli olmağı mənə çox maraqlıdır. Aşkar göründü ki, hakim təmiz penaltimizi vermədi. Yəqin özü də oyundan hazırlanmış kadrlara baxanda başa düşüb ki, səhv edib. Çünki top iki dəfə "Neftçi"nin futbolçusu Erik Ramosun əlinə dəymişdi. 
 
Yenə deyirəm, ancaq "Sumqayıt"a qarşı kobudluq etmişəm ki, bunun da nəticəsində komandam çətin vəziyyətə düşdü. Hakimə söyməyimə görə isə peşman deyiləm. Çünki hakim özü məcbur etdi ki, bunu edim. Əslində oyunun əvvəllərində mən öz futbolçularımızı sakitləşdirirdim, qorxurdum ki, birdən qırmızı vərəqə alarıq. Axırda qırmızı vərəqə öz başımda çartladı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30