29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yuri Syomin üçün növbəti debüt

Bu həftə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, bir matçdan ibarət mərhələdə qalib gəlib 1/4 finala yüksəlmək yolunda “Qəbələ” sabah - dekabrın 4-ü “Mil-Muğan”la qarşılaşacaq. Görüşün nominal meydan sahibi İmişli təmsilçisi olsa da, qarşılaşma Qəbələdə keçiriləcək. 

"Qırmızı-qaralar” 9-cu dəfə kubok uğrunda mübarizəyə qoşulacaq. İndiyədək 3 dəfə 1/8, 3 dəfə 1/4, 2 dəfə 1/2 finalda çıxışını dayandıran komanda ardıcıl 3 ildir ən yaxşı 8 komanda sırasında yer alır. 

I divizionda çıxış edən “Mil-Muğan”la görüş “Qəbələ”nin Premyer Liqada çıxış etdiyi vaxt aşağı dəstə təmsilçilərinə qarşı 8-ci dueli olacaq. Komanda əvvəlki görüşlərin hamısında qalib gəlib və top fərqində böyük üstünlük əldə edib - 22:2. Son 6 belə matçda “birincilər” qol da vura bilməyib.

2006/07 12.09.2006 1/16 final Şahdağ (Quba) - Gilan (Qəbələ) 2:5

2006/07 16.10.2006 1/16 final Gilan (Qəbələ) - Şahdağ (Quba) 6:0

2007/08 26.09.2007 1/16 final MOİK (Bakı) - Qəbələ 0:2

2007/08 03.10.2007 1/16 final Qəbələ - MOİK (Bakı) 2:0

2010/11 08.12.2010 1/8 final Qəbələ - Neftçi-İSM (Bakı) 2:0

2011/12 30.11.2011 1/8 final Qəbələ - Neftçala 3:0

2012/13 28.11.2012 1/8 final Qəbələ - Qaradağ Lökbatan 2:0

Son 2 mövsümdə kubokda mübarizəni məğlubiyyətsiz başa vuran “Qəbələ” artıq 6 oyundur yenilmir. “Qırmızı-qaralar” sonuncu dəfə 2011-ci il  martın 8-də 1/4 final mərhələsinin “Bakı” ilə səfər qarşılaşmasında uduzub - 0:1.

Dekabrın 4-də baş tutacaq matç həm də Yuri Syominin Azərbaycan kubokunda debütü ilə əlamətdar olacaq. “Qəbələ”nin baş məşqçisi postunda əvvəl yoxlama oyununda qeyri rəsmi, sonra Azərbaycan Premyer Liqasında rəsmi debüt edən rusiyalı mütəxəssis bu dəfə kubokda ilk matçda iş başında olacaq. Bununla da Syomin “Qəbələ”nin ölkə kubokundakı 5-ci çalışdırıcısı olacaq. İndiyədək bu yarışda 33 matça çıxan “qırmızı-qaralar” 4 məşqçinin rəhbərliyi altında çıxış edib. 

Ramiz Məmmədov 21 9 6 6 22-22 33

Faiq Cabbarov  6 4 1 1 17-3 13

Fatih Kavlak 3 1 2 0 5-2 4

Toni Adams 3 1 1 1 2-1 4

Cəmi 33 15 10 8 46-28 55

Qeyd edək ki, Syomin futbolçu kimi 1 dəfə SSRİ, baş məşqçi kimi 4 dəfə Rusiya kubokunun qalibi olub.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31