29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Endi Koul Azərbaycana gəlir

Qarşıdan gələn yeni il münasibətilə "Bakcell" şirkəti "Futbol Bakcell ilə" layihəsinin iştirakçısı olan uşaqlarla görüşmək üçün İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Endi Koulu Bakıya dəvət edib. Futboxeber.az-ın məlumatına görə, futbolçu ilə uşaqların görüşü dekabrın 3-də, saat 15:00-da, "Bakcell Arena"da təşkil olunacaq. Tədbirdə həmçinin Azərbaycan milli komandasının və "Bakı" futbol Klubunun qapıçısı Kamran Ağayev iştirak edəcək.

Görüşdən sonra jurnalistlər üçün brifinq keçiriləcək.

Bu il mayın 1-də start götürmüş "Futbol Bakcell ilə" layihəsi çərçivəsində Bakı şəhərindəki 6, Sumqayıt və Gəncə şəhərlərinin isə hərəsində 2 meydançada AFFA-nın təyin etdiyi məşqçilərin rəhbərli altında uşaqlar mütəmadi qaydada məşq edirlər.

Qeyd edək ki, Endryu Aleksandr Koul 1971-ci ildə İngiltərənin Nottinqem şəhərində anadan olub. Ampluaca hücumçu olan Endi Koul "Arsenal", "Fulhem", "Bristol Siti", "Nyukasl Yunayted", "Blekbern Rovers", "Mançester Yunayted", "Portsmut", "Mançester Siti", "Birmingem", "Sanderlend", "Bernli", "Nottinqem Forest" klublarında, həmçinin İngiltərə milli komandasında çıxış edib.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31