23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qarabağ”ın tarixində rekord

Ağdamın “Qarabağ” klubu tarixinin rekorduna imza atıb. Futbolxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri Azərbaycan Premyer Liqasında ardıcıl 12-ci səfər matçında xal qazanıb. Zaqatalada “Simurq”la qolsuz heç-heçə edən ağdamlılar sonuncu dəfə məhz bu rəqibə uduzmuşdu. Bu il martın 12-də səfərdə “Simurq”a məğlub olan “Qarabağ” həmin vaxtdan rəqib meydanlarını xalsız tərk etmir. Son 12 səfər matçında 7 qələbə qazanan və 5 heç-heçə edən Qurbanovun yetirmələri 1993/94  mövsümündəki rekordunu arxada qoyub. Həmin vaxt “Qarabağ” ardıcıl 11 səfər oyununda uduzmamışdı.

12.03.2013

Simurq (Zaqatala) - Qarabağ (Ağdam)

1:0

07.04.2013

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:2

21.04.2013

Bakı - Qarabağ (Ağdam)

0:1

28.04.2013

Qəbələ - Qarabağ (Ağdam)

0:2

09.05.2013

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:0

04.08.2013

İnter (Bakı) - Qarabağ (Ağdam)

1:2

25.08.2013

Qəbələ - Qarabağ (Ağdam)

0:1

13.09.2013

Rəvan (Bakı) - Qarabağ (Ağdam)

1:1

28.09.2013

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0

20.10.2013

Sumqayıt - Qarabağ (Ağdam)

0:3

27.10.2013

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

0:3

09.11.2013

AZAL (Bakı) - Qarabağ (Ağdam)

1:1

30.11.2013

Simurq (Zaqatala) - Qarabağ (Ağdam)

0:0

Ümumilikdə isə Azərbaycan rekordu “Şəmkir”ə məxsusdur.  Qərblilər ardıcıl 23 səfər matçını məğlubiyyətsiz tərk edib. “Kəpəz”in 19, “İnter”in 15 məğlubiyyətsiz səfər oyunu var. “Qarabağ”ın rekordu isə bu siyahıda 8-ci yerdədir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30