19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Hafiz bəy, 49-cu yaşınız mübarək olsun! YAZI

Bu gün Hafiz Məmmədovun ad günüdür. 1964-cü ildə Naxçıvan şəhərində anadan olan H.Məmmədovun 49 yaşı tamam olur. Hafiz Məmmədovu kimisi “Bakı”nın, kimisi “Baghlan Group”un prezidenti, kimisi AFFA İcraiyyə Komitəsinin üzvü, kimisi “Lans”ın sahibi, kimisi uğurlu iş adamı, kimisi də xeyirxah insan olduğuna görə tanıyır. Amma biz Hafiz Məmmədovu elə Hafiz Məmmədov olduğuna görə tanıyırıq. Digər klub prezidentlərindən fərqli olaraq, H.Məmmədov hər zaman jurnalistlərə böyük hörmətlə yanaşıb.

Klub saxlamaq çətin məsələdir. Bunu hər birimiz gözəl bilirik. Heç kim inciməsin, amma Azərbaycanda yalnız 2 klub prezidenti var ki, onlar futbola öz ciblərindən pul xərcləyir. Həmin iki şəxsdən biri Hafiz Məmmədov, digəri də Mübariz Mənsimovdu. 2004-cü ilin mart-aprel aylarından o vaxtkı “Dinamo”ya sahib çıxan Hafiz bəyin bu günə kimi “Bakı” üçün xərclədiyi pulların sayı-hesabı yoxdur.

H.Məmmədov həm də Azərbaycanda klub infrastrukturunun əsasını qoyan şəxsdir. “Bakı” üçün yaradılan şərait, tikilən stadionlar, təlim-məşq bazası göz oxşayır. Təsadüfi deyil ki, “Bakı”nın bazasında olan istənilən əcnəbi gördüklərinə heyran qalır və bu şəraitin heç də hər Avropa klubunda olmadığını qabardır.

Son zamanlar isə Hafiz Məmmədov Azərbaycanın adının Avropa və dünyada tanınması üçün çox böyük işlər görüb. “Atletiko” və “Lans” kimi klubların formasının üzərində yazılan “Land of fire Azerbaijan” (artıq “Baku-2015”dir) yazısı ölkəmizin reklamı baxımından əvəzsiz rol oynayır. Məhz Hafiz bəyin sayəsində Radamel Falkao, Dieqo Kosta, Tibo Kurtua, Koke, İnsua kimi ulduzlar dünyada Azərbaycan kimi ölkənin varlığından xəbərdardılar. “Lans”ın ev oyunlarını keçirdiyi “Feliks Bollar” stadionunun ən hündür yerində Azərbaycan bayrağı dalğalanır. Fransada erməni lobbisinin necə gücə sahib olduğunu çox gözəl bilirik. Elə “Lans”la imzalanan tərəfdaşlıq müqaviləsi də bədxah qonşularımızı özündən çıxarmışdı. Onlar heç cür azarkeş yığımına görə Fransanın üçüncü stadionu olan “Feliks Bollar”da bayrağımızın dalğalanmasını qəbul etmək istəmirdilər. Amma o bayraq bugünkü gündə də orada dalğalanır və hələ uzun illər də dalğalanacaq. Təbii ki, Hafiz bəyin sayəsində.

Fransa ikinci liqasının 15-ci turu çərçivəsində baş tutan “Lans” - "Şatoru" (2:0) oyunundan sonra yaşanan olayları görəndə isə hər bir azərbaycanlı məncə, fəxr etməlidir. 40 min azarkeşin birağızdan H.Məmmədovun şərəfinə "Hafiz! Hafiz!" şüarı səsləndirməsi çox gözəl mənzərə idi.

Bəli, bu gün bayaqdan qısa olaraq sadaladığım bu işləri görən şəxsin - Hafiz Məmmədovun ad günüdür. Amma son günlər baş verən proseslər qısa bir təbriklə kifayətlənməyə imkan vermədi...

Son günlər baş verən proseslər bir çox mətləblərin üstünü açdı. Bəlli oldu ki, xeyli sayda insan Hafiz Məmmədovun son zamanlar AZƏRBAYCAN ADINA gördüyü işləri üzdə alqışlasa da, daxildə bunu qəbul edə bilmir. Həmin şəxslər qısa, təxribat dolu bir videonu əllərində bayraq tutaraq, Hafiz Məmmədovu qaralamağa, gördüyü işləri, çəkdiyi əziyyəti yerə vurmağa çalışırlar. Ümumiyyətlə, bu məsələ bir çoxlarının iç üzünü açdı. İndi Hafiz Məmmədovu istəməyənlər onun əleyhinə danışdırmağa adam axtarırlar və kiminsə 1 kəlməsini şirə döndərib, oxucuya ŞOK XƏBƏR kimi çatdırırlar. Ümumiyyətlə, kiminsə işinə qiymət vermək üçün ən azından gərək sən də nəsə etmiş olasan. Amma bu gün Hafiz bəyi guya tənqid edən həmin bir neçə şəxs Azərbaycan üçün Məmmədovun etdiklərinin heç 100-də 1-ini də etməyiblər.

Bütün Azərbaycan Hafiz Məmmədovu da, onu saxta tənqidə tutanları da çox gözəl tanıyır. Odur ki, həmin şəxslərə fikir verməmək elə ən gözəlidir.

Futbolumuzun, ölkəmizin sizin dəstəyinizə, bacarığınıza ehtiyacı var. Ad gününüz mübarək olsun, Hafiz bəy!

Futbolxeber.az




Ad: kamal memmedli;   E-mail: [email protected]

02.12.2013 16:56

SAG OLSUN HEFIZ BEY.GOZEL INSANDI.YAXSHI YAZIYDI.SAYTINIZ DA SAG OLSUN.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30