29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Top qapıya girməyəndə girmir”

“Çoxlu qol epizodundan, penaltidən istifadə edə bilmədik, qapı tirinə dəyən topumuz var idi. Rəqib komandanı təbrik edirəm, düzdür, bu, göstərdiyi oyuna uyğun deyildi. Rəqib komanda sona qədər mübarizə apardı, onlar bu oyunda bizim səhvimizdən istifadə edib qol vumaq istəyirdilər və buna nail oldular. Top qapıya girməyəndə girmir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyundan sonra “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.  

M.Pantiç komandasının hücumçuya ehtiyac duyduğunu bildirib: “Növbəti oyun kubok oyunudur, “Sumqayıt”la oyuna kimi komandanı hazırlamağa çalışağacam. Rauf Əliyev penalti vurmaq üçün seçilmişdi, milli komandanın oyunçusudur. Çempionat uzun marafondur, may ayında görəcəyik ki, biz haradayıq. Bugünkü məğlubiyyət mənə çox təsir edir. “Neftçi” ilə oyunu yada salsaq, görərik ki, oyunda aparıcı tərəf biz idik, amma sonda məğlub olduq. Bizim komandada qol vurmaq çatışmır. Komandanın başına iyun ayında gəldim, seçilmiş futbolçular mənim seçimim deyil, komandaya hücümçu lazımdır. Yanvar ayında komandaya hücümçü dəvət edəcəyik. Komandamızda hər şey var, qol çatışmır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31