18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Bakı" "İnter"lə oyunun hazırlıqlarını tamamladı

Sabah (30 noyabr 2013) Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Bakı” doğma meydanda “İnter”i qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, bu oyuna hazırlıqlarının davam etdirən “zolaqlılar” saat 11:00-da oyunöncəsi son məşqinə çıxıb.

İsinmə hərəkətləri ilə başlayan hazırlıq Kamran Ağayevin də iştirak etdiyi “kvadrat” təmrini ilə davam edib. Ardından futbolçular mərkəz dairədə topla əyləncəli qaç-tut tapşırığını yerinə yetiriblər. Sonda isə qapıya zərbələr sınaqdan keçirilib.

Bununla da Bakı derbisi öncəsi yetirmələrini çox yormayan baş məşqçi Milinko Pantiç 1 saatlıq hazırlığı başa vurub.

Onu da qeyd edək ki, Elvin Əliyev və Əfran İsmayılov meydanın ayrı bir hissəsində fərdi məşq ediblər.

Müalicəsini davam etdirən Mario Rubio isə yüngül qaçışla kifayətlənib. 


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30