20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Mustafa Denizli Lənkəranda gördüklərindən razı qaldı"

"Mustafa Denizli Lənkərana təşrif buyurduqdan dərhal sonra bazaya yollandı. Şəraitlə yerində tanış oldu, eləcə də stadiona baxış keçirdi". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Klub rəsmisi təcrübəli mütəxəssisin Lənkəranda gördüklərindən məmnun qaldığını bildirib: "Denizli ot örtüyünün durumundan razıdır. Daha sonra Lənkəranın mərkəzində oldu. Təəssüratlarından belə başa düşdüm ki, Denizli Lənkəranda gördüklərindən razı qaldı".

Hüseyn bəyin sözlərinə görə, hələlik Denizlinin neçə illik müqaviləyə imza atacağı qeyri-müəyyəndir: "Yenidən İstanbula qayıdan təcrübəli mütəxəssis 2-3 gündən sonra ölkəmizə gələcək. Bu dəfə artıq rəsmi müqavilə imzalanacaq. İndidən Denizlinin neçə illik müqaviləyə imza atacağını dəqiq deyə bilmərəm. Hazırda müqavilə hazırlanır. Köməkçiləri barədə də yalnız müqaviləyə imza atdıqdan sonra danışmaq olar".

Hüseyn Cəbrayıloğlu sonda Denizlinin bu gün futbolçularla görüşmədiyini də qeyd etdi: "O, hələ rəsmən "Xəzər Lənkəran"ın baş məşqçisi deyil. Bu gün futbolçularla görüşsəydi, etik cəhətdən düzgün olmazdı". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30