19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Sadıq Sadıqov "Araz"ı təbrik edib, "Araz"a eyni uğuru arzuladı

Futzal üzrə UEFA kubokunun elit raundunun D qrupunda yer alan Naxçıvanın “Araz” klubu bütün rəqiblərinə qalib gələrək, "dördlər final"ına yüksəldi. Avropanın ən güclü 4 komandasından biri olan “Araz”ın bu uğuruna “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Sadıq Sadıqov da biganə qalmadı. “Neftçi”nin prezidenti “Araz”ın uğuru barədə Stadium.Az saytına açıqlamasında bunları dedi: “Artıq ikinci dəfədir ki, futzalda Naxçıvanın “Araz” klubu avropada “dördlər” finalına vəsiqə qazanır. Bu, bizlər üçün böyük uğurdur. Bu uğur AFFA-nın, xüsusən də asosiassiya prezidenti cənab Rövnəq Abdullayevin futbola göstərdiyi diqqət və qayğının göstəricisidir. Həm də, Futzal Federasiyasının prezidenti Zaur Axundovun futzalda yürütdüyü düzgün siyasətin bariz nümunəsidir. Bu uğur münasibətiylə bütün “Araz” klubunun heyətini, rəhbərliyini “Neftçi” İdman Sağlamlıq Mərkəzi və “Neftçi” Peşəkar Futbol klubu adından ürəkdən təbrik edirəm. İnanıram ki, “dördlər” finalında da “Araz” öz sözün deyərək, uğurlu nəticə qazanacaq və Azərbaycanımızı avropada layiqincə təmsil edəcək”.

S.Sadıqqov futzal klubu “Araz”ı təbrik etməklə yanaşı, I divizionda mübarizə aparan Naxçıvanın “Araz” futbolklubunu da yaddan çıxarmadı: “İnanıram ki, I divizionda çıxış edən “Araz” klubu çempion olaraq Premyer Liqaya vəsiqə qazanacaq və burada da uğur qazanaraq, gələcəkdə Avrokuboklarda ölkəmizi layiqincə təmsil edəcək. Onlara da uğurlar arzulayıram. İnşAllah, futzal klubu “Araz”ın futzalda qazandığı uğurları, Naxçıvanın böyük futbolda təmsilçisi olan “Araz”, elə böyük futbolda qazanar”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30